Xarici mətbuat, 21 may 2020

“Eldustur”, “Elquds”, “Elyom elsadi”, “La Vanguardia”, “İnfobae”, “Le Figaro”, “France 24”, “Le Soir”, “Vedomosti”, “İzvestiya”, TASS, “Frankfurter Allgemeine Zeitung”, “Deutsche Welle” və “Der Spiegel” bu gün nələrdən yazır?

1421000
Xarici mətbuat, 21 may 2020

 

Eldustur”: Yeni tip korona virusu (Covid-19) epidemiyasından dünya üzrə həyatını itirənlərin sayı 325 mini keçir.

Elquds”: Mərakeşlilərin yarısı karantindən narahatdır.

Elyom elsadi”: “Covid-19” üzündən bayram satışlarında geriləmə olub.

La Vanguardia” (İspaniya): Brüssel İspaniyanın səhiyyə sisteminə sərmayə qoymaq istəyir.

İnfobae” (Argentina): Bolivya səhiyyə naziri nəfəs cihazlarını bazar qiymətindən üç qat baha satdırdığına görə tutuldu.

Le Figaro” (Fransa): Hökumət bələdiyyə seçkilərini iyunun sonu, ya da yanvara keçirməyi nəzərdə tutur.

France 24” (Fransa): İordan çayının Qərb sahillərinin ilhaqı rəsmi Paris, Berlin, Roma və Madridi ortaq hərəkətə keçirir.

Le Soir” (Belçika): Tramp normallaşmaya getmək istəsə də, epidemiya artmağa davam edir.

Vedomosti” (Rusiya): “Moody's” korona virusuyla bağlı Rusiyadaxili köçün arta biləcəyini açıqlayıb.

İzvestiya” (Rusiya): ABŞ Rusiyanın BM Təhlükəsizlik Şurasına təklif etdiyi “Venezuelanın daxili işlərinə qarışmama və suverenliyininin pozuntusunu qınayan şərhi”nin qəbul edilməsinə icazə verməyib.

TASS: Ümumdünya Səhiyyə Təşkilatı korona virusunun ikinci dalğası ehtimalı ilə bağlı xəbərdar etdi.

Frankfurter Allgemeine Zeitung” (Almaniya): Əsədin əmisi oğlu Mahlufun mal varlıqları müsadirə olundu.

Deutsche Welle” (Almaniya): Aİ qida istehsalında ekoloji dəyişməyə hazırlaşır.

Der Spiegel” (Almaniya): “Lufthansa” Almaniya hökumətilə 9 milyard avroluq yardım paketi mövzusunda müzakirələr aparır.



Әlaqәli Xәbәrlәr