Xarici mətbuat, 15 may 2020
“Al Quds Al Arabi”, “Al Raya”, “Al-Jazeera”, “El Pais”, “La Vanguardia”, “İnfobae”, “Le Soir”, “Le Monde”, “Le Parisien”, “Deutsche Welle”, “Frankfurter Rundschau”, “Tagesschau.de”, “Lenta.ru”, TASS və “İUD Novosti” bu gün nələrdən yazır?

“Al Quds Al Arabi”: BMT-nin Fələstin səfiri Riyad Mansur “İlhaq qərarına qarşı hər yerə müraciət edirik” dedi.
“Al Raya” (Qətər): Türkiyədə korona virusunun müalicə nisbəti 71,8 faiz oldu.
“Al-Jazeera”: İraqın paytaxtı Bağdadda nümayişçilər baş nazir əl-Kazemiyə “Tələbləri yerinə yetirmək üçün bir ayınız var” dedilər.
“El Pais” (İspaniya): Fransa qarşılıqlılıq prinsipi əsasında İspaniyadan gələnlərə karantin tətbiq edəcək.
“La Vanguardia” (İspaniya): Korona virusu böyrək, beyin və ürək hüceyrələrini də yoluxdurur.
“İnfobae” (Argentina): Bolsonaro Argentinanın karantin uğurlarını kiçildir, Fernandezi ölkəsini sosializmə sürükləməkdə ittiham edir.
“Le Soir” (Belçika): Belçika iqtisadiyyatı korona böhranından əvvəlki dövrünə qayıtmaq istəyirsə, 2023-cü ili gözləməlidir.
“Le Monde” (Fransa): Emmanuel Makron korona xəstələrilə bağlı gələcək planın əsasını qoyur.
“Le Parisien” (Fransa): Fransa yollarında qəzalardan 103 ölü sayı aprel ayı üçün tarixə düşmə rəqəmi kimi qeyd edilib.
“Deutsche Welle” (Almaniya): Sorğuya görə, Almaniyada əksəriyyət karantin rejimini dəstəkləyir.
“Frankfurter Rundschau” (Almaniya): Putin artıq Əsəd istəmirmi? Suriyada qarşıdurmalar getdikcə azalsa da, Moskva-Tehran-Dəməşq xətlərində fikir ayrılıqları artır.
“Tagesschau.de” (Almaniya): Korona böhranına görə Almaniyanın 81 milyard avro vergi kəsiri yaranıb.
“Lenta.ru”: Moksova meri Sobyanin paytaxtda əhalinin korona virusuna dirənişini ölçmək üçün kütləvi antikor testlərinin başlanacağını bildirib.
TASS: Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova “Bloomberg”in "Ekspertlər korona virusunun niyə çox rus öldürmədiyini bilmək istəyir" məqaləsinə “Rusiyaya qarşı dezinformasiya kampaniyası başladı” reaksiyasını verib.
“İUD Novosti”: Xaricilər ABŞ-ı tərk etmək üçün Rusiya Səfirliyinə müraciət edirlər.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 15 yanvar 2021
Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar