Xarici mətbuat, 12 may 2020
“Al Raya”, “Al Jazeera”, “Fransa 24”, “Le Parisien”, “Le Monde”, “t-online.de”, “Tagesspiegel.de”, “mdr.de”, “El País”, “El Universal”, “Clarín”, “RİA Novosti”, TASS və “Lenta.ru” bu gün nələrdən yazır?

“Al Raya”: Korona virusuna görə Yəmən hökuməti Adeni “yoluxmuş şəhər” elan etdi.
“Al Jazeera”: Korona virusuna yoluxma Körfəz ölkələrində 100 mini keçib, ABŞ-da isə iki həftənin ən aşağı ölüm sayı qeydə alınıb.
“Al Jazeera”: İngiltərə İsrailin İordan çayının qərb sahillərini ilhaq planını qəbul etmədi və bunun dərin çat yarada biləcəyi xəbərdarlığını etdi.
“Fransa 24”: Avropa “Covid-19” karantinindən çıxır, amma virus Çin və Cənubi Koreyada yenidən peyda olur.
“Le Parisien”: Sağlıq böhranı Fransa prezidenti Emmanuel Makron və Baş nazir Eduard Filipi narahat edir.
“t-online.de”: Turizm mövsümü açılışı öncəsi prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefonda danışdı.
“Tagesspiegel.de”: Korona böhranı Almaniya federal hökumətinə peyvəndlər üçün 750 milyon avroya başa gəldi.
“mdr.de”: Angela Merkel korona müddətindəki fəaliyyətlərinə görə səhiyyə təşkilatları və işçilərinə təşəkkür etdi.
“El País”: Aviaşirkətlər uçuşlarda doluluq səviyyəsini azaltmaq istəmir, çünki bunun iflasa sürükləyəcəyini bildirirlər.
“El Universal”: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) korona virusuna qarşı mümkün 8 peyvəndi müəyyən etdi, digər 100-ə yaxın nümunə isə qiymətləndirilir.
“Clarín”: Argentinada məktəblər açılana qədər "qiymət vermə" aradan qaldırıldı.
“RİA Novosti”: Rusiyanın Sankt-Peterburq şəhərində “Covid-19” xəstələrinin müalicə olunduğu xəstəxanada baş verən yanğın nəticəsində 5 nəfər həlak oldu.
TASS: Rusiya hökuməti uşaqlı ailələrə əlavə müavinətlər verilməsini təsdiqlədi.
“Lenta.ru”: Rusiyada son 24 saat ərzində 11.656 korona virusuna yoluxma halı qeydə alınıb.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 15 yanvar 2021
Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar