Xarici mətbuat, 8 may 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1413190
Xarici mətbuat, 8 may 2020

azertag.az: Xarici İşlər Nazirliyi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb

az.trend.az: Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"Spiegel.de": ABŞ-dan dəhşətli rəqəmlər: Hər 5 nəfərdən biri işini itirir
"Deutsche Welle": Almaniyada media mənsublarına qarşı zorakılıq və təcavüz hadisələri artmaqdadır. Cinayətkarların əksəriyyəti sağ və sağ- meyillilər olsa da, jurnalistlər polis, məhkəmə və siyasətdən daha çox həssaslıq gözləyirlər.
"n-tv.de": Danimarka kafe və restoranları açmaq istəyir
"Eldustur": BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) maskalar paylamaq üçün sürücüsüz avtomobildən istifadə edir.
"Elraya": Qatar Əmiri Temim və prezident Ərdoğan ikitərəfli əlaqələri müzakirə etdi.
"Elquds": 8 gündə yoluxma halının olmadığı İordaniyada 21 yeni yoluxma faktı qeydə alındı.
"El Pais" (İspaniya): İspaniyadakı hökumət Madriddə mərhələ 1 adlanan normallaşdırma prosesinə daxil olmaq istədikdə böhran yarandı. Madrid Regional Xalq Sağlamlığı İdarəsinin müdiri istefaya çıxdı. Madriddə 67 min yoluxma faktı qeydə alındı, 15 min xəstə öldü.
"El Mundo" (İspaniya): İspaniya İsveçrədən koronavirusla mübarizədə 5.6 milyon avro müalicə aparatı idxal edəcək.
"El Nacional" (Venesuela): ABŞ-da senatorlar Venesueladakı hücumlardan sonra prezident Trumpdan izahat tələb edirlər.
"Le Soir" (Belçika): Belçikalıların 6 faizində koronavirusa qarşı antikor var
"Le Figaro": Avropa İkinci Dünya Müharibəsinin bitməsinin 75-ci ildönümünü möhtəşəm mərasimlər olmadan qeyd edir
"Le Parisien": Fransada koronavirus səbəbiylə tətbiq edilən təcridin qaldırılmasında sərhədlər bağlı qalacaq, Avropa ölkələrilə məhdudiyyətlər ən az 15 iyuna qədər qüvvədə olacaq.

Rusiya xəbər agentliyi "TASS": Tramp ABŞ-ın ehtiyac olduqda Rusiyaya tənəffüs cihazlarını göndərəcəyini söylədi.
Rusiya xəbər portalı "Lenta.ru": Moskva bələdiyyəsinin sədri Sobyanin "Covid-19" pandemiyası çərçivəsində həyata keçirilən məhdudiyyətləri 31 may tarixinə qədər uzatdı.
"İzvestiya" qəzeti: İnfeksiya xəstəlikləri üzrə mütəxəssislər koronavirusun Rusiyada böyük pik həddə çatmayacağını düşünürlər.



Әlaqәli Xәbәrlәr