Xarici mətbuat, 7 may 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1412485
Xarici mətbuat, 7 may 2020

"azertag.az": Mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin İqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edilib.
"az.ternd.az": 2020-ci ilin martında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 167,716 milyon dollar təşkil edib ki, bu da ötən ilin martı ilə müqayisədə 4,316 milyon dollar azdır.
"zdf.de": Almaniyada "Covid-19" tədbirlərini yumşaltmaq üçün bütün mağazalar açılacaq
"Welt": Almaniyada koronavirus səbəbiylə ölənlərin sayı 7 minə yaxınlaşdı
"Deutsche Welle": Almaniyada federal hökumət və əyalət nümayəndələrinin toplantısında tədbirlərin yumlaşdılması  qərara alındı
"France 24": "Covid-19:" Karantinin qaldırılmasına qısa müddət qalmış Fransa ikinci bir dalğadan narahatdır
"Le Monde": Dünyada koronavirus: (ABŞ prezidenti) Donald Trampa görə, bu böhran "Pearl Harbor" dan daha pisdir
"Le Temps" (İsveçrə): Rusiya Bəşər Əsədə qarşı məyus olduğunu ifadə edir
"Alquds Alarabi": Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusun qaynağını müəyyən etmək üçün Çinə ikinci bir heyət göndərməyi düşünür.
"Aljazeera.net": ABŞ-da son bir gündə 2000-dən çox insan koronavirusdan öldü. Dünyadakı yoluxmaların ümumi sayı 3 milyon 800 mini keçdi.
"Alwatan" (Küveyt): İraq parlamenti yeni hökumətin lehinə səs verdi.
"La Vanguardia" (İspaniya): İspaniyada koronavirusdan gün ərzində ölümlərdə müəyyən səviyyədə azalma müşahidə olunur
"El Clarín" (Argentina): Braziliyada rekord: Bir gündə 614 ölüm, 10 min 500 yoluxma faktı
"Telesur" (Venesuela): Venesueladakı silahlı hücumun məqsədi prezident Nikolas Maduronu qaçıraraq Amerikaya aparmaq idi.
"Tass": Belarusun Xarici İşlər Nazirliyi ölkədəki koronavirusla əlaqəli vəziyyət barədə məlumat verən Rusiya dövlət kanalının çəkiliş qrupunun akkreditasiyasını ləğv etdi.
"Ria Novosti": Rusiya prezidenti Vladimir Putin koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə sığorta təminatı verilməsi haqqında fərman imzaladı.
"İzvestiya": ABŞ-da Moskva üzərində bir termonüvə bombasının atılması simulyasiya edildi.



Әlaqәli Xәbәrlәr