Xarici mətbuat, 6 may 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1411731
Xarici mətbuat, 6 may 2020

"azertag.az":Azərbaycan COVID-19-la mübarizədə qlobal miqyasda həmrəylik və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir

"Al Quds Al Arabi": Bloomberg: Qətər dünyada yeni növ koronavirusdan (Covid-19) qaynaqlanan ən aşağı ölüm göstəricisinə malikdir.
"Al Quds Al Arabi": İsrailin işğalçı ordusu Qəzza zolağındakı hədəfləri bombaladı.
"Al-Jazeera" (Qətər): Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF): Dünya miqyasında 19 milyon köçkün uşaq "Covid-19" pandemiyasının təsirinə məruz qalır.
"Alghad" (İordaniya): İsrail İordaniya vadisindəki torpaqları ilhaq etmək üçün dünyanın "Covid-19" pandemiyası ilə məşğul olmasını fürsətə çevirməyə çalışır.
"Kurier.at": Almaniya və qonşu ölkələr may ayının ortalarında sərhədlərə nəzarət məhdudiyyətini yumşaldacaq
"t-online.de": Almaniyada əyalətlərin  dövlət nazirləri mayın 9-da kulinariya müəssisələrini açmaq istəyirlər.
"Welt.de": Alman futbol liqası (Bundesliga) matçları 15 mayda başlaya bilər.
"Le Monde": Coronavirus: Fransa prezidenti Emmanuel Makron mədəniyyət sektoru üçün tədbirlər elan edəcək.
"Le Figaro": (Fransa) Senat təcili tibbi yardımda fövqəladə vəziyyətin müddətini uzadan layihəni qəbul etdi.
"Le Parisien": Fransızlar karantin müddətində orta hesabla 2,5 kq kökəliblər.
"El País" (İspaniya): Madridin tibb işçiləri üçün satın aldığı 100.000 test etibarlı deyil.
"İnfobae" (Argentina): ABŞ prezident Nikolas Maduro tərəfindən Venesuelada Gideon əməliyyatı ilə əlaqədar böyük bir səhv məlumatlandırma kampaniyasının təşkil edildiyini iddia etdi.
"Prensa Latina" (Kuba): Kubalılar "Covid-19" pandemiyasına qarşı tədbirləri dəstəkləyir.

"Lenta.ru" xəbər saytı: "Covid-19" virusuna tutulan Rusiyanın baş naziri Mixail Mişustinin səhhəti yaxşıdır. Müalicəsi davam edir.
Rusiya xəbər agentliyi "TASS": Rusiya prezidenti Vladimir Putin bu gün ölkənin "Covid-19" pandemiyasındakı vəziyyəti ilə bağlı iclas keçirəcək
"Russian.rt" xəbər saytı: Rus alimləri "Covid-19"dan qorunmaq üçün yeni nanotellərdən ibarət tibbi maskalar icad etdilər.



Әlaqәli Xәbәrlәr