Xarici mətbuat, 5 may 2020
“Le Monde”, “Le Parisien”, “Le Soir”, “Al Quds Al Arabi”, “Al Raye Al Qatariyye”, “Al-Jazeera”, “Deutsche Welle”, “Tagesschau.de”, “Der Tagesspiegel”, “El Pais”, “La Vanguardia”, “El Comercio”, “Lenta.ru”, TASS və “Ria Novosti” bu gün nələrdən yazır?

“Le Monde” (Fransa): Fransanın İl de Frans (İle-de-Frans) bölgəsində epidemiyadan ölüm nisbəti, demək olar ki, iki dəfə artıb.
“Le Parisien” (Fransa): Korona virusuna görə Fransanın böyük marketlərində bir neçə saat içində milyonlarla maska satılıb.
“Le Soir”: Fransa laboratoriyasında “Covid-19” virusunu zərərsizləşdirə biləcək antikor əldə edilib.
“Al Quds Al Arabi” (ərəb və ingiliscə): Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Liviyadan tezliklə sevindirici xəbərlər alacağıq” dedi.
“Al Raye Al Qatariyye” (Qətər): Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp “Korona virusu peyvəndi 2020-ci ilin sonuna qədər hazır olacaq” dedi.
“Al-Jazeera” (Qətər TV): ABŞ-da Ağ Ev qəbul etməsə də, bir elmi proqnoza görə, iyunun əvvəlində ölkədə korona virusundan ölüm sayının 100 mini keçəcəyi təxmin edilib.
“Deutsche Welle” (Almaniya): Prezident Ərdoğan “Yenidən normal həyata qayıdırıq” dedi.
“Tagesschau.de” (Almaniya): Avropa İttifaqı (Aİ) korona virusu peyvəndi üçün 7 milyard 400 milyon pul topladı.
“Der Tagesspiegel” (Almaniya): Almaniyadakı koalisiya partiyaları arasındakı çatlaq: "ABŞ Almaniyadakı nüvə silahlarını çıxartsın."
“El Pais” (İspaniya): İspaniya Təhsil Nazirliyi orta məktəb siniflərindəki şagird sayını 15 olaraq məhdudlaşdırmağı planlaşdırır.
“La Vanguardia” (İspaniya): Virusun marketdə toxunulan məhsullarla bulaşması uzaq bir ehtimaldır.
“El Comercio” (Peru): Peruda Fövqəladə Vəziyyətin 50-ci günündə 1344 nəfər korona virusundan ölüb, 47 mindən çox yoluxma halı var.
“Lenta.ru” (Rusiya): ABŞ-ın “New York Times” qəzeti Rusiya prezidenti Vladimir Putinlə bağlı tənqidi məqalələr silsiləsinə görə “Pulitser” mükafatına layiq görülüb.
TASS informasiya agentliyi: Rusiyada 222.500 nəfər korona virusu ehtimalı ilə müşahidə altındadır.
“Ria Novosti” informasiya agentliyi: Rusiyadakı bölgələr korona virusunun yayılmasıyla bağlı 2020-ci ildə federal büdcəyə kredit borclarını ödəyə bilməyəcək.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 15 yanvar 2021
Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar