Xarici mәtbuat:22 aprel 2020
Xarici media vasitәlәrindә bu gün dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

Xarici media vasitәlәrindә bu gün dәrc olunan bәzi xәbәrlәrin başlıqları.
‘‘Azәrtac’’ (Azәrbaycan): Minnətdarlıq məktubları: Cənab Prezident, xalq üçün etdikləriniz Sizə olan inam və güvəni daha da möhkəmləndirdi.
‘‘Azәrtac’’ (Azәrbaycan): AŞPA-nın ikili standartlı siyasəti beynəlxalq hüquqa qarşı çox böyük hörmətsizlikdir.
‘‘Azәrtac’’ (Azәrbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir.
‘‘zdf.de’’: Koranvirus: Almaniyada vәziyyәt hәlә dә nәzarәt altına alınmayıb.
‘‘Deutsche Welle’’: Fransanın tәyyarә gәmisindәki әsgәrlәr koronavirusa yoluxub.
‘‘ard.de’’: Almaniyada mәşhur festival lәğv olundu.
‘‘Al Jazeera’’: Birlәşmiş Millәtlәr Tәşkilatı 2020-ci ildә koronavirus sәbәbindәn әrzaq qıtlığının iki dәfә artacağı ilә bağlı xәbәrdarlıq edib.
‘‘Al Sharq Al Awsat’’: Sudan koronavirus sәbәbindәn sәhiyyә sisteminin çokә bilәcәyinә görә narahatdır.
‘‘Al Sharq Al Awsat’’: Tünis koronavirusun yayılmasının nәzarәt altına alır vә karantin rejimini aradan qaldırmağa hazırlaşır.
‘‘Le Soir’’ (Belçika):Belçika vәtәndaşlarının әksәriyyәti koronavirus böhranından sonra da evdәn işlәmәyә davam etmәk istәyir.
‘‘Le Parisien’’: Makron ibadәt mәkanlarının iyun ayından әvvәl açılmayacağı ilә bağlı xәbәrdarlıq edib.
‘‘Le Figaro’’: Edilәn bir sorğuya görә, karantindәki fransızlar daha az şikayәt edir.
‘‘El País’’ (İspaniya): Almaniya ve İspaniya koronavirus sәbәbindәn Avropa İttifaqındakı iqtisadi böhranın qarşısını almaq üçün ‘‘fond’’ barәdә razılığa gәlmәk niyyәtindәdir.
‘‘Clarin’’ (Argentina): Argentinada koronavirusdan daha 9 nәfәr hәyatını itirib. Virusa yoluxanların sayı 112 nәfәr artıb. Ölkәdә koronavirusdan hәlak olanların sayı 151 nәfәrә yüksәlib.
‘‘El Universal’’ (Meksika): Noam Komski: "Pandemiya neoliberalizmin böyük bir uğursuzluqudur".
‘‘Ria.ru’’ xәbәr saytı: Kremlin mәtbuat katibi dә keçirilәn etiraz aksiyalarını qeyri-qanuni adlandırıb. Şimali Osetiyada koronavirusla bağlı görülәn tәdbirlәrlә әlaqәdar etiraz aksiyası keçirib. Aksiyada 200 nәfәr iştirak edib.
‘‘Gazetem.ru’’: Rusiyadakı ən böyük banklarından biri olan ‘‘Sberbank’’ın icraçı direktoru German Gref ‘‘Covid-19’’ sәbәbindәn Rusiya iqtisadiyyatının sürətlə inkişaf etmәsini gözlәmәdiklәrini ifadә edә edib. German Gref deyib: ‘‘Yoxsulluq və işsizlik artacaq. Bu iqtisadi böhranın uzun müddət davam etməsi ehtimal edilir’’
‘‘İzvestiya .ru’’: Rusiyanın Primorye bölgәsindәki bir xәstәxanadakı 42 nәfәr koronavirusa yoluxub.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 22 yanvar 2021
Dünya mətbuat və veriliş orqanlarında gündəmə dair əks edən bəzi xəbərlərin başlıqları