Xarici mətbuat, 21 aprel 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1402181
Xarici mətbuat, 21 aprel 2020

azertag.az: Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

az.trend.az:Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 79 nəfər isə müalicə olunaraq sağalıb

"La Vanguardia" (İspaniya): Uşaqlar evdən böyüklərlə eyni məhdudiyyətlərlə çölə çıxacaqlar. Hökumət bu gün 12 yaşdan kiçik uşaqlar üçün yeni şərtlər haqqında məlumat verəcək.
"İnfobae" (Argentina): Argentinada koronavirus: Son 24 saat ərzində 8 ölüm və 90 yeni yoluxma faktı aşkarlandı.
"Prensa Latina" (Kuba): Kubada "Covid-19" müalicəsində üç dərmandan istifadə ilk yerdədir. (Antiretroviral Kaletra, Interferon alfa-2b və xlorikin)
"Le Soir" (Belçika): Norveç ən sərbəst mətbuata malikdir və Sərhədsiz Jurnalistlər siyahısında Belçika 12-ci yerdədir
"Le Figaro": (İngilis mərkəzli beynəlxalq təşkilat) "Oxfam"a görə Qərbi Afrikada 50 milyon insan aclıq riski ilə qarşı-qarşıyadır
"Le Monde": Koronavirus: İlk dəfə aparılan bir araşdırmaya görə, 11 may tarixində virus fransız xalqının 5,7 faizinə yoluxacaq

"İzvestiya" qəzeti: Rusiyada benzinin topdan satış qiyməti kəskin düşdü.
"Lenta.ru": Rusiyada koronavirus yoluxma sayının artması keçirilən testlərin sayının artması ilə izah edildi.
"RBK" veb saytı: Rusiya neft şirkətləri  benzini zərərinə satmağa başladılar.

"Deutsche Welle": Beynəlxalq Əfv Təşkilatı : edam cəzalarının yerinə yetirilməsində rekord azalma
"Zeit Online": Şimali Koreya liderinin sağlamlıq vəziyyəti ilə bağlı spekulyasiyalar gündəmdədir
"Stern.de": Almaniya kansleri Angela Merkel koronavirusa qarşı sərt tədbirləri daha sürətli şəkildə azaldılmasını istəyənlərə xəbərdarlıq etdi.

"Elşarq alawsat": Koronavirus 170 ölkənin iqtisadiyyatını təhdid edir
"Elquds": İsraildə koronavirus: 13 mindən çox yoluxma faktı və 181 ölüm qeydə alındı
"Elşarq alawsat": Mərakeşdə tibb bacıları koronavirus səbəbindən boşanır



Әlaqәli Xәbәrlәr