Xarici mətbuat, 17 aprel 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1399947
Xarici mətbuat, 17 aprel 2020

azertag.az: Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 30 yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

az.trend.az: Milli Məclis qondarma “seçkilər”ə münasibət bildirmədiyinə görə AŞ PA-ya etiraz məktubu göndərib

"Spiegel.de": Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp koronavirusla bağlı tətbiq edilən məhdudiyyətləri üç mərhələdə aradan qaldırmaq istəyir.

"Frankfurter Allgemeine Zeitung": Çin iqtisadiyyatı koronavirus epidemiyası müddətində ağır zərbə aldı

ard.de: Almaniyada hakim Xristian Birlik Partiyaları (CDU-CSU) 2017-ci ildən bəri ən yaxşı səsvermə nəticəsinə nail olub.

Al Quds Al Arabi: Qırmızı Xaç: Koronavirus Orta Şərqdəki milyonlarla yoxsul insanın ölümünə səbəb olan sosial zəlzələ kimi qiymətləndirilir.

Al Quds Al Arabi: Koronavirus səbəbindən təkcə cümə axşamı günü 16 ərəb ölkəsində 38 ölüm, 2218 yoluxma faktı qeydə alınıb.

Al Sharq Al Awsat: Tramp: “ABŞ iqtisadiyyatını yenidən canlandırmağın vaxtıdır”.

El Pais: (İspaniya) Mütəxəssislər İspaniyada şagirdlərin sentyabr ayında dərsə başlamasını məqsədəuyğun hesab edirlər.

El Mundo: (İspaniya): İspaniyada "Covid-19" epidemiyası yayıldığı gündən indiyədək qocalar evində ölənlərin sayının 11 min 300 nəfərə çatdığı açıqlanıb.

TeleSur: (Venesuela) Ekvadorun Guayas şəhərində səlahiyyətli orqanlar "Covid-19" səbəbindən ölən şəxslərin dəfn mərasimi ilə bağlı məsələlərin həllini gələn həftəyədək bitirməyi planlaşdırır.

Le Monde: Fransada koronavirus: Xəstəxanaya və reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin sayının azalması ümidvericidir.

Le Parisien: Çində koronavirusa nəzarət: Fransa Prezidenti Makronun fikrincə, “Bilmədiyimiz şeylər oldu”

Le Soir (Belçika): Avtomobildə 18 yaşdan kiçik olan şəxsin yanında siqaret çəkmək qadağası Belçika Nümayəndələr Palatası tərəfindən təsdiqləndi.



Әlaqәli Xәbәrlәr