Xarici mətbuat, 16 aprel 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

azertag.az: Birinci vitse-prezident Mehriban Əliyeva Atakule qülləsində dövlət bayrağımızın işıqlandırılması ilə əlaqədar Türkiyəyə minnətdarlıq edib
az.ternd.az: Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas həmrəyliyə görə Azərbaycana təşəkkür edib.
"welt.de": Türkiyədə on minlərlə məhkum sərbəst buraxıldı
"tagesschau.de": Koronavirusa qarşı tədbirlər - Almaniya hökuməti sərhəd-keçid məntəqələrindəki yoxlamaların müddətini üç həftə uzatdı
"spiegel.de": Korona böhranı - Almaniyada məktəb dərsləri mayın 4-dən tədricən başlayacaq
"El País" (İspaniya): Yay mövsümü virusa son qoymayacaq: istilik onu yavaşlata bilər, amma bu kifayət deyil.
"Prensa Latina" (Kuba): Kubada büdcə sağlamlığa və ictimai yardıma üstünlük verir.
"İnfobae" (Argentina): Fransız alimləri koronavirusu düşünüləndən daha yüksək bir temperaturda öldürə bildilər.
"Le Figaro": Koronavirus: Amerika Birləşmiş Ştatlarında ölənlərin sayı rekord həddə çatdı. Tramp iqtisadiyyatı canlandırmaq üçün hazırladığı planını açıqlayacaq.
"Le Parisien": Koronavirus: tibb işçiləri (Fransada) dərman çatışmazlığı riski ilə əlaqədar xəbərdarlıq edir.
"Fransa 24": Koronavirus epidemiyası səbəbiylə iqtisadi daralma ilə qarşı-qarşıya qalan Almaniya karantin tədbirlərini ixtisar edir.
"Rossiyskaya" qəzeti: ABŞ Prezidenti Donald Tramp Rusiyaya respirator verməyə hazır olduğunu söylədi.
"Gazeta.ru": ABŞ Rusiyanın peyk əleyhinə raket sınağı keçirdiyini iddia etdi.
"Lenta.ru": SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov bütün ölkələrdən koronavirus səbəbiylə hərbi xərclərini azaltmağı istədi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat,18 yanvar 2021
Xarici media vasitələrində Türkiyə və dünya gündəminə dair əks edən bəzi xəbərlərdən başlıqlar