Xarici mətbuat, 14 aprel 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1397575
Xarici mətbuat, 14 aprel 2020

"azertag.az": ABŞ-ın Azərbaycandakı səfirliyi dəstəyə görə Heydər Əliyev Mərkəzinə təşəkkür edib

"trend.az":Böyük Britaniya ikinci turu aprel ayının 14-də keçiriləcək Dağlıq Qarabağdakı qondarma "prezident seçkilərini” tanımır. 

"Deutsche Welle": Almaniya Prezidenti Frank-Valter Ştaynmayer koronavirus böhranı dövründə vətəndaşlara nizam-intizam və səylərinə görə təşəkkür etdi.
"Tagesschau.de": Koronavirusla mübarizədə ABŞ-da Tramp yubanmaqda günahlandırılır.
"Welt.de": Koronavirus böhranı: Yunanıstandakı otellərin üçdə iki hissəsi iflas ərəfəsindədir.
"La Vanguardia" (İspaniya): Kataloniya və daha 7 muxtar bölgədə qismi olaraq  işə qayıdılır.
"ABC" (İspaniya): Əksəriyyət hökumətin yalan danışdığını, improvizasiya etdiyini və kifayət qədər koordinasiyanı yaratmadığını düşünür.
"İnfobae" (Argentina): Evo Morales (Boliviyanın keçmiş rəhbəri) koronavirus barədə "Çin tək silah istifadə etmədən Üçüncü Dünya müharibəsində qələbə əldə etdi" dedi.
"Alsharq Alawsat": Avropa "Covid-19" məhdudiyyətlərini yüngülləşdirir ... ABŞ isə vəziyyət mürəkkəbdir.
"Alqus Alarabi": Liviyadakı Tripoli hökuməti paytaxtın qərbindəki 6 strateji şəhərdə nəzarəti ələ keçirdi.
"Aljazeera.net": Koronavirusa yoluxma sayı 2 milyona yaxınlaşdı ... Çin iki yeni peyvənd sınağına başladı.
"Le Parisien": Coronavirus: (Fransa Prezidenti) Emmanuel Makron karantin müddətini 11 maya qədər uzatdı
"Le Figaro": Fransada məktəblər kolleclər və liseylər 11 maydan başlayaraq tədricən açılacaq
"Le Monde": Fransada təxminən 15 min insan koronavirusdan öldü



Әlaqәli Xәbәrlәr