Xarici mətbuat, 10 aprel 2020

“Le Soir”, “France 24”, “Le Parisien”, “Al Raya”, “Al Jazeera”, “Al Quds Al Arabi”, “Al Sharq Al Awsat”, “El País”, “El Mundo” və “Telesur” bu gün nələrdən yazır?

1395155
Xarici mətbuat, 10 aprel 2020

 

Le Soir” (Fransa): Nyu-Yorkda çox sayda korona virusu qurbanları üçün kütləvi məzarlar qazılır.

France 24” (Fransa): Fransa prezidenti Emmanuel Makron professor Didier Raoultla görüşərək korona virusu mövzusunu müzakirə etdi.

Le Parisien” (Fransa): Karantin rejiminin ortasında Londondan “Côte d'Azur” limanına gələnləri polis geri göndərir.

Al Raya” (Qətər): DAEŞ-in hücumları zamanı Suriya ordusu və müttəfiqlərinin 18 adamı öldü.

AL Jazeera”: 14 illik mühasirəyə baxmayaraq, Qəzza iki həftə ərzində 1000 karantin otağının inşasını başa çatdırdı.

Al Quds Al Arabi”: Səudiyyə Ərəbistanı və Rusiya ABŞ-ın təzyiqi altında misli görünməmiş şəkildə neft hasilatını azaltmaq qərarına gəldilər.

Al Sharq Al Awsat”: Korona virusuyla bağlı yaxşılığa doğru gedilməsinə baxmayaraq, İordaniya 10 apreldən geniş karantin rejiminə başlayacaq.

El País” (İspaniya): Korona virusu epidemiyası 2019-cu il qripindən 5 dəfə artıq insanın ölümünə səbəb oldu.

El Mundo” (İspaniya): Avropa İttifaqı korona virusuna qarşı yarım trilyon avro təhlükəsizlik şəbəkəsi və yenidənqurma fondu yardımını qəbul edir.

Telesur” (Venesuela): Venesuelanın xarici işlər naziri Xorxe Arreaza deyib ki, Tramp administrasiyası ölkəyə tətbiq etdiyi birtərəfli və zorakı sanksiyaları aradan qaldırmayacağını bildirib.



Әlaqәli Xәbәrlәr