Xarici mətbuat, 8 aprel 2020

“Deutsche Welle”, “zdf.de”, “ard.de”, “Le Monde”, “Le Figaro”, “Le Soir”, “Al Sharq Al Awsat”, “Al Quds Al Arabi”, “El Pais”, “El Mundo” və “Tele Sur” bu gün nələrdən yazır?

1393559
Xarici mətbuat, 8 aprel 2020

 

Deutsche Welle” (Almaniya): Robert Koch İnstitutu bildirib ki, az da olsa, dünyada can itkisi sayı çoxalacaq.

zdf.de(Almaniya): 2019-cu ildə Almaniyada həddindən artıq sağçı zorakılıq hadisələri artıb.

ard.de(Almaniya): Dominik Raab İngiltərənin baş naziri Boris Consonu əvəz edəcək.

Le Monde (Fransa): Korona virusuna yoluxma sayının 10 mini keçdiyi Fransada təcriddə boşluq olmasın deyə tədbirlər artırılır.

Le Figaro(Fransa): Korona virusundan son 24 saatda 2000 nəfərin öldüyü ABŞ-da bu, epidemiyanın bir gün üçün ən böyük rəqəmi hesab edilir.

Le Soir” (Belçika): “Twitter”in qurucusu korona virusuyla mübarizə üçün 1 milyard dollar verəcək.

Al Sharq Al Awsat(Səudiyyə Ərəbistanı, ingiliscə): ABŞ-da təxminən iki min insanın ölümü dünyada korona virusuyla əlaqəli “ən yüksək ölüm nisbəti” sayıldı.  

Al Quds Al Arabi” (ingiliscə): ABŞ-ın Nyu Cersi əyaləti korona virusundan ölüm ehtimalına hazırlıq üçün 1680 cəsəd daşıyacaq 20 soyuducu konteyner yük maşını gətirir.

Al Quds Al Arabi”: Rusiya iyun ayında korona virusuna qarşı klinik peyvənd təcrübələrini həyata keçirməyi planlaşdırır.

El Pais (İspaniya): İspaniyada korona virusuna yoluxanların 90 faizindən çoxu hələ qeydiyyata alınmayıb.

El Mundo(İspaniya): İspaniyanın bir çox əyalətində korona virusundan ölənlərin sayı rəsmi rəqəmlərdən bəlkə də iki dəfə çoxdur.

Tele Sur(Venesuela): Çin pandemiyaya qarşı mübarizə üçün Meksikaya tibbi yardım təyyarələrini göndərdi.



Әlaqәli Xәbәrlәr