Xarici mətbuat: 1 aprel 2020

Xarici media vasitələrində dərc olunan bəzi xəbərlərin başlıqları.

1388983
Xarici mətbuat: 1 aprel  2020

Azərtac (Azərbaycan): XİN: Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi heç bir hüquqi qüvvəyə malik deyil.

Azərtac (Azərbaycan): Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb.

Azərtac (Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub.

''Al Jazeera'':  Koronavirusa nəzarət etmək üçün ABŞ prezidenti Donald Tramp və Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Suriya və Liviyada atəşkəs rejiminə riayət edilməsini tələb ediblər.

''Al Qudss Al Arabi'': Suriya rejiminin keçmiş vitse-prezidenti Abdel-Halim Khaddam vəfat etdi

''Al Raya (Qətər): Birləşmiş Millətlər Təşkilatı:'' Kronavirusun Suriyada dağıdıcı təsirinin olması  gözlənilir''.

''Deutsche Welle'': Almaniyada maskaların zəruriliyi ilə bağlı müzakirələr aparılır.

''Spiegel.de'': Almaniyalı professoru. Dudenhöffer avtomobil sənayesində işləyən azı 100 min adamın işdən çıxarılacağını və sənaye sektorunun  bərpa olunması üçün 10 ildən çox vaxta ehtiyac olacağını proqnozlaşdırdı.

''Handelsblatt.com'': BVF prezidenti: 2009-cu ildə yaşanan maliyyə böhranından daha pis vəziyyət gözlənilir.

''Le Monde'': BMT Təhlükəsizlik Şurasının avropalı üzvləri Şimali Koreyanın son raket sınağını qınadı.

''Le Soir'' (Belçika): Koronavirus: Avropa ölkələrinin ehtiyac duyduğu 800 tənəffüs aparatı Belçikanın Liege şəhərinə gətirilib.

''Le Parisien'': Koronavirus: Fransanın  turizm agentlikləri may ayının 15-dək olan bütün turları təxirə salıblar.

''El País'' (İspaniya):  İspaniya iki həftə ərzində 25.000 min adamın ölməməsi üçün virusun qarşısını təcili şəkildə almalıdır.

''El Mundo'' (İspaniya):  İspaniyada son 24 saat ərzində koronavirusdan daha 849 adam həlak oldu.İnfeksiyaya yoluxanların sayı 95 minə çatıb.

''Infobae'' (Argentina): ABŞ dövlət katibi Mayk Pompeo  Hugo Chavezin ( Venesuelanın keçmiş prezidenti) azad seçkiləri qəlun edədəcəyi təqdirdə ABŞ-ın Venesuelaya qarşı sanksiyaları ləğv edəcəyini deyib.

''Regnum'' xəbər agentliyi: Rusiyada səthlərdə və havada koronavirusu məhv edə biləcək bir üsul kəşf edildi.

''Gazeta.ru'' xəbər agentliyi:  Rusiyaya məxsus  hərbi təyyarələr ABŞ-a tibbi avadanlıq və materiallar aparıb.

''Lenta.ru'' xəbər agentliyi:  Belarus Rusiyadan koronavirusla bağlı kömək istəyib.

 



Әlaqәli Xәbәrlәr