Xarici mətbuat: 30 mart 2020
Xarici media vasitələrində bu gün dərc olunan bəzi xəbərlvrin başlıqları.
Xarici media vasitələrində bu gün dərc olunan bəzi xəbərlvrin başlıqları.
Azərtac (Azərbaycan): “Biz birlikdə güclüyük!” şüarı ilə səfərbər olan cəmiyyətimiz bu bəlanın da öhdəsindən şərəflə gələcək.
Azərtac (Azərbaycan): Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir.
Azərtac (Azərbaycan): Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub.
''El Clarin'' (Argentina): Argentina prezidenti Alberto Fernandez Pasxadan əvvəl olan Semana Santaya (müqəddəs həftə) qədər karantin müddətini uzatmaq qərarına gəldi.
''El Mundo'' (İspaniya): İspaniyada kənd təsərrüfatı həyəcan təbili çalır: Epidemiya səbəbindən məhsul toplamağa adam yoxdur.
''El Pais'' (İspaniya): İspaniyada hökumət səhiyyə sisteminin çökməsinin qarşısını almaq üçün "qış yuxusu'' modelini təklif edir.
''Le Figaro'': Koronavirus: Fransada epidemiya ilə bağlı vəziyyət getdikcə ağırlaşır və xəstələrin xəstəxanaya çatdırılması sürətlənir.
''Le Monde'': Avropa demokratiyası qeyri-adi sağlamlıq böhranı ilə üz-üzədir.
''Le Parisien'': Koronavirus:Reanimasiyada 4 min 632 fransız var.
''Alsharq Alawsat'' (Səudiyyə-İngiltərə): Dünya "Koronavirus zirvəsini"nin keçirilməsini gözləyir. Dünyadakı insanların yarısı təcrid olunub.
''Al-Raya Al-Katariya'' (Qətər): Çində yeni növ koronavirusa yoluxanların sayında azalma müşahidə olunur.
''Vatan'' (Oman): Misir hökuməti yeni növ koronavirus səbəbindən banklarda həyata keçirilən əməliyyatlara müvəqqəti məhdudiyyətlər tətbiq etdi.
RİA Novosti xəbər agentliyi: Ukraynanın keçmiş baş naziri Yuliya Timoshenko deyib: 'Hakimiyyət koronavirus epidemiyasını istifadə edərək əsrin saxtakarlığına zəmin hazırlayır''.
Tass xəbəragentliyi: Moskvadan sonra Murmansk bölgəsindəki vətəndaşlara da evdən çıxmamaları ilə bağlı çağırış edilib.
''Bild.de'': Koronavirus: Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp ölkədə azı 100.000 insanın virus nəticəsində öləcəyindən narahatdır.
''Spiegel.de'': Neft qiymətləri 2002-ci ildən bəri ən aşağı səviyyədədir.
''Stern.de'': Nyu York Qubernatoru: ''ABŞ-da minlərlə insan Covid-19 səbəbindən həyatını itirmə təhlükəsi ilə üz-üzədir''.
.
Әlaqәli Xәbәrlәr
Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar