Xarici mətbuat, 23 mart 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları

“azertag.az”(Azərbaycan): Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və martın 22-də bu ölkənin Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.
“trend.az” (Azərbaycan): 2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 28,76 faiz artaraq 15,468 milyon dollar təşkil edib.
“Al-Raya Al-Katariya (Qətər)”: Yeni növ koronavirusu səbəbindən dövlət işçilərinin 80 faizi evdən işləməyə davam edəcək.
“Al-Ayam (Bəhreyn)”: Yeni növ koronavirusu səbəbindən Səudiyyə Ərəbistanında 21 gün müddətlə 19:00-06:00 saatları arasında küçəyə çıxmaq qadağan olunub.
“Alsharq Alawsat (Səudiyyə-İngilis): ABŞ-da bir gündə 100 nəfər virusdan həyatını itirdi… Virus Senata yoluxdu və bir üzvündə koronavirusu aşkarlandı.
“Deutsche Welle”: Almaniyada yeni koronavirus tədbirləri: Ölkədə iki nəfərdən artıq insanın bir araya gəlməsi qadağan olundu.
“zdf.de”: Koronavirus karantini havanın keyfiyyətini artırdı.
“Ard.de”: Almaniya kansleri Angela Merkel koronavirus infeksiyası səbəbindən karantinə alındı.
“Le Figaro”: Koronavirus: 112 nəfər son sutka ərzində olmaqla koronavirus pandemiyasından həlak olanların sayı 674 nəfərə çatdı. Ölkədə virus yayılmaqda davam edir.
“Le Mond” : Fransada xəstəxanada işləyən və koronavirus yoluxan ilk həkim ölümü qeydə alındı.
“Le Parisien”: Koronavirus: Fransada ölkə miqyasında küçəyə çıxılması ilə bağlı qadağan qərarı artır.
“El Pais” (İspaniya): İspaniyanın baş naziri Pedro Sançez virusla bağlı böhrana qarşı Avropa İttifaqından yeni bir “Marshall” planı istədi.
“La Vanguardia (İspaniya)”: İspaniyada bir gündə koronavirus epidemiyası 394 nəfərin həyatına son qoydu və ölü sayı min 720-yə, yoluxanların sayı isə 28 min 572-yə çıxdı.
“Infobae” (Argentina): Venesuelada özünü dövlət rəhbəri elan edən Xuan Quaydo dövlət başçısı Maduronu koronavirusla bağlı həqiqətləri gizlətməkdə ittiham etdi və Venesuelanın “bir fəlakətin” astanasında olduğu barədə xəbərdarlıq etdi.
“TASS”: Rusiyaya Çindən 25 milyon 5 min qoruyucu maska
“RİA Novosti”: Rusiyada yeni növ koronavirusa yoluxan daha 71 nəfər aşkarlandı.
“Lenta.ru”: Rusiyada kredit çəkənlərdən bəzilərinin kredikləri koronavirusa görə təxirə salına bilər.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar