Xarici mətbuat, 20 mart 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

“azertag.az”(Azərbaycan): Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
“trend.az” (Azərbaycan): Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə olunan mübarizə tədbirləri çərçivəsində Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlər həyata keçirilir.
“Elcezire.net”: ABŞ koronavirus epidemiyasına görə durğunluqla qarşı-qarşıyadır. İtaliya isə ölü sayında Çini keçib.
“Al Quds Al Arabi”: Səudiyyə Ərəbistanı koronavirus səbəbindən Kəbəni ziyarəti və namaz qılmağı təxirə salmaqda davam edir.
“Elwatan” qəzeti: Sudan koronavirus əlamətinin olduğu 21 nəfər aşkarlandığını bildirdi.
“Deutsche Welle”: Türkiyədə koronavirus tədbirləri artırılır
“Bild.de”: ABŞ prezidenti Donald Trump koronavirus səbəbindən G7 zirvəsini ləğv etdi. Zirvə yığıncağının videokonfrans vasitəsilə keçirilməsi planlaşdırılır.
“Ard.de”: İki almandan birində koronavirus qorxusu
“Le Figaro”: Koronavirus: Fransada Paris bölgəsi artıq epidemiyadan ən çox təsirlənən bölgəyə çevrildi
“Le Mond” : Fransa prezidenti Emmanuel Makron bir çox fransızın xəbərdarlıqlara əhəmiyyət verməməsindən şikayətlənir.
“Le Soir” (Belçika): Koronavirus: Virusologiya mütəxəssisi Mark Van Rastın düşüncəsinə görə koronavirus infeksiyası təqribən 10 həftə davam edəcək.
“TASS”: “The Wall Street Journal”: ABŞ neft bazarındakı vəziyyəti sabitliyə qovuşdurmaq üçün Rusiyaya sanksiya tətbiq edə bilər.
“İzvestiya”: Mütəxəssislər dünyanın daha dəhşətli epidemiyalarla qarşı-qarşıya qalacağı barədə xəbərdar edir.
“RİA Novosti”: Rusiyada koronavirusa qarşı vaksin sınaqlarına başlandı
“El Pais” (İspaniya): İspaniya: İspanların yarısı koronavirusu böhrnı səbəbindən işlərini itirməkdən qorxurlar.
“La Vanguardia,”: İspaniya: Minlərlə yeni yoluxma faktı qarşısında İspaniya karantin rejiminin müddətini uzatmaq hazırlayır.
“Infobae” (Argentina): Argentina 31 martadək bütün ölkədə məcburi karantin elan etdi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar