Xarici mətbuat, 19 mart 2020

“Al Eyyam”, “Al Sharq Al-Awsat”, “Al Quds Al Arabi”, “Le Monde”, “Le Parisien”, “Le Temps”, “Deutsche Welle”, “Handelsblatt.com” və “Tagesschau.de” bu gün nələrdən yazır?

1381046
Xarici mətbuat, 19 mart 2020

 

“Al Eyyam” (Bəhreyn): Fələstinin baş naziri Məhəmməd İştiyye korona virusunun yayılmasının qarşısını almaq üçün yeni addımlar təklif edir.

“Al Sharq Al-Awsat” (Səudiyyə Ərəbistanı, ingiliscə): Dünya Səhiyyə Təşkilatı: “Korona virusu bəşəriyyətin düşmənidir”.

“Al Quds Al Arabi” (İngiltərə): İsrail korona virusu ilə əlaqədar 5 Avropa ölkəsində səfirliklərini bağladı. 

“Le Monde” (Fransa): Avropa Mərkəzi Bankı korona virusu ilə bağlı bazarları sakitləşdirmək üçün təcili plan qurur.

“Le Parisien” (Fransa): Fransada korona virusuna yoluxan xəstələrdən mini evə buraxıldı.

“Le Temps” (İsveçrə): İsveçrədə e-ticarətdə böyük bir artım yaranıb.

“Deutsche Welle” (Almaniya): Almaniyada korona virusuna yoluxma hadisəsinin 10 mini keçdiyi bildirilib.

“Handelsblatt.com” (Almaniya): Mütəxəssislərin fikrinə görə, korona virusu epidemiyası ilə əlaqədar dünya iqtisadiyyatındakı durğunluğun keçmişdə belə bir nümunəsi yoxdur və bu, ölkələrin iqtisadiyyatında qalıcı ziyan buraxacaq.

“Tagesschau.de” (Almaniya): İrlandiyanın “Ryanair” hava yolu şirkəti 24 martdan etibarən bütün uçuşlarını ləğv edəcəyini açıqladı.

 



Әlaqәli Xәbәrlәr