Xarici mətbuat: 18 mart 2020
Xarici media vasitələrində dərc olunan bəzi xəbərlərin başlıqları.

Xarici media vasitələrində dərc olunan bəzi xəbərlərin başlıqları.
Azərtac (Azərbaycan): Hökumət sahibkarlara dəstək üçün təkliflər hazırlayır.
Azərtac (Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
''ard.de'': ''Volkswagen'' şirkəti koronavirus səbəbindən bir çox fabrikində istehsalı dayandırıb.
''Deutsche Welle'': Avropa Şurasından Almaniyaya irqçilik ilə bağlı xəbərdarlıq.
''zdf.de'': Almaniyada epidemiyanın risk səviyyəsi artırılıb.
''Al-Raya Al-Katariya'' (Qətər): Küveyt Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizəsini dəstəkləmək üçün 40 milyon dollar vəsait ayırıb.
''Alsharq Alawsat'' (Səudiyyə-İngiltərə): İspaniya Çindən koronavirusla bağlı kömək istəyib.
El VATAN (Oman): Çin yeni növ koronavirusun səbəb olduğu xəstəliyə qarşı ilk peyvəndin klinik sınaqlarına başlayıb.
''El País'' (İspaniya): İspaniyada koronavirusdan ölənlərin sayı bir gündə təxminən 54 faiz artaraq 184-ə çatdı.
''El Mundo'' (İspaniya): Reanimasiya şöbələrinin həkimləri: "Tədbirlərə əməl olunmadıqda İspaniyada koronavirusdan 56.000 min insan ölə bilər".
''Infobae'' (Argentina): Kolumbiya prezidenti İvan Duque koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün ölkədə fövqəladə vəziyyət elan etdi.
''Le Parisien'': Koronavirus: Fransa evdə karantinin 2-ci günü. Epidemiyaya yoluxanların sayı 7730-a, həlak olanların sayı isə 175-ə yüksəldi.
''Le Figaro'': Evdə karantin tətbiqi ilə fransızlar üçün yeni bir həyat başlayır.
''Le Monde'': Dünya koronavirusla üz-üzədir: ABŞ-da ölənlərin sayı 100-ü keçib.
''Ria novosti'': Putin Konstitusiya dəyişikliyi ilə əlaqədar səsvermə tarixi ilə bağlı sərəncam imzalayıb.
''Regnumçru'': Almaniyada koronavirus səbəbindən Rusiyaya tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə əlaqədar çağırış edilib.
TASS: Merkel Ərdoğan, Makron və Cohnsonla İdlib ilə bağlı keçirdiyi görüşü "çox faydalı" adlandırıb.