Xarici mətbuat, 16 mart 2020
“Alsharq Alawsat”, “Merkur.de”, “Dpa”, “Deutschlandfunk.de”, “Le Figaro”, “Le Monde”, “Lenta.ru”, TASS və “RİA Novosti” bu gün nələrdən yazır?

“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı, ingiliscə): Korona virusu ilə bağlı Səudiyyə Ərəbistanında səhiyyə, təhlükəsizlik və hərbi sahələrdə çalışanlardan başqa digər yerlərdə işləyənlərə 16 günlük icazə verilib.
“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı, ingiliscə): Qətərdə korona virusuna yoluxma hadisəsi əlavə 65, Birləşmiş Ərəb Əmrliklərində isə 12 nəfər artıb.
“Merkur.de”: Türkiyədə korona virusu ilə bağlı Ərdoğan radikal qərarlar verir.
“Dpa”: Rusiya və Türkiyə İdlibdə ortaq patrul xidmətinə başladı.
“Deutschlandfunk.de”: Almaniyada 4800 korona virusuna yoluxma hadisəsi və 12 ölüm qeydə alınıb.
“Le Figaro”: Korona virusu ilə bağlı Fransada 127 ölüm və təsbit edilmiş 5423 yoluxma hadisəsi var.
“Le Monde”: Fransa hökuməti korona virusu ilə əlaqədar bütün ölkəni karantinə almağı düşünür.
“Lenta.ru”: Rusiyada korona virusuna bulaşan adam sayı 63-ə yüksəldi.
TASS xəbər agentliyi: Kinoaktrisa Olqa Kurilenko korona virusuna yoluxdu.
“RİA Novosti”: Rusiya parlamentinin alt qanadı Duma ölkə universitetlərinin onlayn təhsil sisteminə keçməsini müzakirə etdi.