Xarici mətbuat, 13 mart 2020
Xarici mətbuatda Türkiyə və dünya gündəminə dair əks edən mövzulardan bəzilərinin başlıqlarını diqqətinizə çatdırırıq.

“Al-Raya Al-Katariya” (Qətər): Livanda Coronavirus qurbanlarının sayı 3-ə çatdı. Əlcəzairdə ilk koronavirus hadisəsi aşkarlandı.
“Al-Ayam” (Bəhreyn): ABŞ İraqdakı qüvvələrinə hücumdan sonra terror təşkilatı DEAŞ-ın bu ərazilərdəki hədəflərinə aviazərbələr endirdi
“Alsharq Alawsat” (Səudiyyə-İngilis): Səudiyyə Ərəbistanında yeni koronavirusa yoluxanların sayı 17-ə çatdı.
“Ard.de”: Almaniyada koronavirus səbəbiylə 6 nəfər həyatını itirib.
“zdf.de”: Avropa İttifaqı, ABŞ-nın səyahət qadağanına reaksiya verdi
“Deutsche Welle”: Kremlindən yayılan açıqlamada Türkiyə-Rusiya arasında güclü əməkdaşlığın davam edəcəyi bildirilib.
“El País” (İspaniya): İspaniyada Koronavirusun yayılmasının qarşısını almaq məqsədiylə məktəblər tətil edildi.
“Ultimahora” (Paraqvay): Paraqvayda koronavirusa yoluxanların sayı 6-ya çatdı.
“La Jornada” (Meksika): Covid-19 qorxusu ABŞ-ın Nyu Yorkdakı Wall Street maliyyə mərkəzinə ağır zərbə endirdi.
“Le Parisien”: Fransa Prezidenti Makron koronavirusa görə məktəb və universitetləri tətil elan etdi.
“Le Figaro”: Kanada Baş naziri Justin Trudeaunun həyat yoldaşında koronavirus aşkarlandı.
“Le Soir” (Belçika): 13 mindən çox belçikalı koronavirusa yoluxa bilər.
“RİA Novosti”: ABŞ dövlət katibi Mayk Pompeo, Rus neft şirkəti “Rosneft”-ə sanksiya qərarının səbəbini açıqladı.
“Lenta.ru”: Rusiyanın milli valyutası ən çox dəyər itirən valyuta oldu.
“İnterfaks”: Rusiyada sutka ərzində 6 yeni koronavirus hadisəsi aşkarlandı.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar