Xarici mətbuat, 12 mart 2020
Xarici mətbuatda Türkiyə və dünya gündəminə dair əks edən bəzi mövzuların başlıqlarını diqqətinizə çatdırırıq.

“Spiegel.de”: ABŞ Prezidenti Donald Tramp Avropaya səyahəti qadağan etdi. Qərar 30 gün qüvvədə qalacaq.
“Stern.de”: Asiya Birjaları və neft qiymətləri sürətlə aşağı endi
“Al Jazeera”: Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın miqrantlara nasist üsullarını tətbiq etdiyini söylədi.
“Al Sharq Al Awsat”: Amerikalı aktyor Tom Hanks, özü və həyat yoldaşının Avstraliyada Coronavirusa yoluxduqlarına dair xəbərləri təsdiqlədi.
“Al Sharq Al Awsat”: Səudiyyə Ərəbistanı Koronavirusun yayılmasının qarşısını almaq üçün Avropa İttifaqı başda olmaqla bir çox ölkəyə səyahətlərin təxirə salınmasına dair qərar qəbul etdi.
“Əl Raya” (Qətər): Ərdoğan İdlibdə atəşkəs pozuntularına daha sərt cavab veriləcəyini bildirib.
“Le Parisien” (Fransa): Donald Tramp Coronavirusa görə Avropalıların ölkəyə daxil olmalarına qadağa qoydu.
“Le Figaro” (Fransa): Fransız məhkəməsi İran vətəndaşı mühəndisin ABŞ- ekstradisiya edilməsinə hökm verdi.
“Le Monde” (Fransa): Fransada sutka ərzində daha 500 nəfərdə “Covid-19” virusu aşkarlandı.
“Lenta.ru xəbər saytı”: Rusiya Neft İxrac edən Ölkələr Təşkilatından (OPEC) çıxaraq ABŞ neftinə ağır zərbə endirdi.
“TASS Agentliyi”: Polşanın xarici işlər naziri Rusiya ilə münasibətləri normallaşdırmaq istədiklərini bildirib.
“Nezavisimaya Gazeta”: Rusiyanın milli valyutası dəyər itirdi.
“La Vanguardia” (İspaniya): İspaniya hökuməti Koronavirusa qarşı hazırkı tədbirlərdən 10 gün ərzində lazımlı nəticə alınmaması halında daha sərt tədbirlərin həyata keçiriləcəyini bildirib.
“Prensa Latina” (Kuba): Kolumbiyanın paytaxtı Boqotada koronavirus səbəbiylə həyəcan siqnalı sarı elan edildi.
“Infobae” (Argentina): Meksika hökuməti ölkədə 12 nəfərdə “Covid-19” aşkarlandığını bildirib.