Xarici mətbuat, 9 mart 2020
“Al Raya – Al Katariya”, “Al Ayam”, “Alsharq Alawsat”, “El País”, “İnfobae”, “Telesur”, “Le Monde”, “Le Temps”, “Libération”, “Deutsche Welle”, “Spiegel.de”, “Reuters”, TASS və “RİA Novosti” bu gün nələrdən yazır?

“Al Raya – Al Katariya” (Qətər): Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Suriyanın İdlib bölgəsində atəşkəslə bağlı verilən sözlər yerinə yetirilməzsə, “Bahar qalxanı” hərəkatını öz üsulumuzla davam etdirəcəyik” dedi.
“Al Ayam” (Bəhreyn): Portuqaliya prezidenti Marselo Rebelo de Sousa özünü karantinə aldıran ilk ölkə başçısı oldu: o, korona virusuna qarşı görülən tədbirlər çərçivəsində iki həftə boyu bütün rəsmi proqramlarını ləğv etdi.
“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı, ingiliscə): Səudiyyə Ərəbistanında korona virusu ilə bağlı kafe və restoranlarda nargilə xidməti müvəqqəti təxirə salındı.
“El País” (İspaniya): “Brexit”dən ispanların 60 faizi narahatdır.
“İnfobae” (Argentina): Asiya birjaları korona virusu qorxusuyla düşməyə davam edir.
“Telesur” (Venezuela): Ekvadorda korona virusuna yoluxma hadisəsi 15-ə yüksəldi.
“Le Monde” (Fransa): OPEC böhranı neft kursları ilə birlikdə Asiya birjalarını da çökdürdü.
“Le Temps” (İsveçrə): Korona virusu ilə mübarizə üçün italiyalıların dörddə biri karantin altındadır.
“Libération” (Fransa): Korona virusuyla bağlı Aİ də başını itirdi
“Deutsche Welle” (Almaniya): Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ai Komissiyasının sədri Von der Leyen və Avropa Şurasının sədri Mişellə görüşmək üçün 9 martda Belçikanın paytaxtı Brükselə yola düşür.
“Spiegel.de” (Almaniya): Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan rəhbərliyinə səslənərək Avropaya getmək üçün Türkiyə sərhədində gözləyən mühacirlərə qapıların açılmasını tələb etdi.
“Reuters” (İngiltərə): Neft qiymətində sərt eniş oldu.
TASS (Rusiya): Rusiya müqaviləyə əməl etməzsə, Türkiyə İdlibdə hərəkətə keçəcəyini bildirdi.
“RİA Novosti” (Rusiya): Rusiya silah ixracatında üç lider ölkə arasındadır.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar