Xarici mətbuat, 27 fevral 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1367309
Xarici mətbuat, 27 fevral 2020

 “azertag.az”(Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

“trend.az” (Azərbaycan):  Türkiyənin Qars vilayətində strateji xarakter daşıyan logistika mərkəzinin tikintisi 2021-ci ildə başa çatacaq.

 “Al-Raya Al-Katariya”: Qətər özü və Küveyt vətəndaşlarını İrandan təxliyə edir.

 “Alsharq Alawsat”: Səudiyyə Ərəbistanı koronavirus səbəbindən Ümrə və turistik məqsədli ziyarətləri müvəqqəti dayandırdı.

“Vatan”: Misir prezidenti Əl-Sisi sabiq dövlət başçısı Mübarəkin cənazə mərasimində iştirak etdi.

“Die Presse”: Prezident Ərdoğan Əsəd qüvvələrinin geri çəkilməsini tələb etdi

 “Welt-de”: Almaniyada koronavirus: Son sutkada 10 yeni yoluxma halı aşkarlandığı təsdiqləndi

“DPA”: Hanau hücumundan sonra İsrail səfiri Almaniyada demokratiyanı risk altında gördüyünü bildirdi

“Le Figaro ”(Fransa): Koronavirus: Fransada 48 saat ərzində 6 yeni yoluxma halı və bir nəfərin ölməsi səbəbindən nəzarət çətinləşir.

“France 24(Fransa): Prezident Emmanuel Makron koronavirusun kölgəsində Fransa-İtaliya zirvə yığıncağında iştirak etmək üçün Napolidə səfərdədir.

“Le Parisien Temps” (Fransa)”: Paris bölgəsinin 1200 bələdiyyə sədri koronavirusla mübarizə aparmaq üçün təlimatlar aldı.  

“Telesur” (Venesuela): Venesuela prezidenti Nikolas Maduro venesuelalıların Trampın gördüyü tədbirlərə və təhditlərə qarşı müqavimət göstərəcəklərini iddia etdi.

“El Pais” (İspaniya): Koronavirus: İspaniyada mütəxəssislər Kovid-19 mikrobunun ölkədə fərq edilmədən günlərlə insandan-insana keçdiyini düşünürlər.

“El Mundo”: Kovid-19 virusunun dünya turizminə vurduğu ziyan təqribən 20 milyard avro olacaq

 “TASS” xəbər agentliyi: Tennis sənə vida edirəm”. Tennisçi Mariya Şarapova karyerasını başa vurduğunu açıqladı.

“Kommersant” qəzəti:  Neftin qiyməti son 13 ayın ən aşağı səviyəsindədir.

“lenta.ru” xəbər agentliyi: Rusiyada koronavirusun yayılma ehtimalı artdı.

“RBK” (xəbər agentliyi):ABŞ və İngiltərə Rusiyadan aldığı neft miqdarını mühüm səviyyədə artırdı.



Әlaqәli Xәbәrlәr