Xarici mətbuat, 24 fevral 2020
Xarici mətbuat və veriliş orqanlarında Türkiyə və dünya gündəminə dair əsk edən mövzulardan bəzilərinin başlıqları.

“zdf.de”: Almaniyada Hamburq Dövlət Məclisinə keçirilən seçkilərin qalibi Sosial Demokrat Partiyası oldu.
“Deutsche Welle”: Venesiya Karnavalı koronavirus səbəbiylə ləğv edildi.
“Ard.de”: ABŞ-da prezident seçkilərinə demokrat partiyadan namizədliyi irəli sürülən Bernie Sanders Nevada ön seçkidə qələbə qazandı.
“El-Raya El-Katariya” (Qətər): Qətər əmiri Əl Tani İordaniyada səfərdədir.
“Al-Şərq El-avsat” (Səudiyyə-İngilis): İranda koronavirusdan ölənlərin sayı 8-ə çatdı.
“VATAN” (Oman): Oman Səhiyyə Nazirliyi ölkəyə Misir, Livan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələnlərin karantinə tətbiqinə daxil edilməyəcəklərini bildirib.
“Le Fiqaro” (Fransa): Fransa Çində aşkarlanan və daha sonra bəzi ölkələrə də yayılan kronovirusa qarşı tədbirlər görür.
“France 24” (Fransa): Haitidə polis və əsgərlər arasında qarşıdurmalar baş verdi. ölənlər var.
“Liberatino” (Fransa): İtaliyada koronavirusa yoluxanların sayı 132-ə çatıb. Bəzi şəhərlərdə karantin tətbiqinə başlanıb.
“El Pais”: Brüssel koronavirus səbəbiylə Avropa daxilindəki sərhədlərin bağlanmasından narahatdır.
“El Mundo”: Kanar adalarında baş verən yanğın külək səbəbindən nəzarətə alına bilmədi.
“Telesur”:Çilidə bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq Prezident Sebastian Pinera əleyhdarı aksiyaların qarşısı alına bilmədi.
“Rus xəbər saytı Qazetem.ru”: Kremlin sözçüsü Dmitriy Peskov Rusiya və Türkiyə əlaqələriynə dair mənfi ssenarilərə ehtiyac olmadığını bildirib.
“Lenta.ru”: ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülhün yenidən bərpasını arzuladığını bildirib.
“Rus xəbər saytı RT”: ABŞ-na məxsus hərbi gəmi təhlükəsizlik səbəbiylə Qara dənizdə lövbər salıb.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar