Xarici mətbuat, 18 fevral 2020

​​​​​​​ Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1361482
Xarici mətbuat, 18 fevral 2020

 “azertag.az”(Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

“trend.az” (Azərbaycan): 2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 12,06 faiz artaraq 22,307 milyon dollar təşkil edib.

 “Al-Raya Al-Katariya”: Küveyt əmirinin əfv qərarına görə 840 məhkum sərbəst buraxıldı.

 “Alsharq Alawsat”: Suriya rejimi qüvvələri Hələbdə irəliləməkdə davam edir. Rusiya rejimə verdiyi dəstəyi müdafiə edir.

“Vatan”: Avropa Liviyaya silahla əlaqədar qadağan qərarına nəzarət etmək niyyətindədir.

“Deutsche Welle”: Almaniyada müsəlman təşkilatlar məscidlərin daha yaxşı qorunmasını istəyir

Almaniya hökuməti və müsəlman təşkilatlar radikal sağçı terror hücrəsinin hədəfində müsəlmanlar və məscidlər olmasına reaksiya göstərdi. Müsəlman təşkilatlar məscidlərin daha yaxşı qorunmasını tələb etdi.

Bild.de”: Putin bombaları ilə yeni qaçqın böhranına səbəb olur.

“Tagesschau.de”: İdlib Gərginliyi Azaltma Bölgəsində böhran

“El Mundo” (İspaniya): 7 yaşındakı qız uşağının işgəncə ilə öldürülməsi Meksikanı sarsıtdı.

“La Tercera” (Çili): Boliviyada seçki yarışı: Ölkənin sabiq dövlət başçısı Evo Moralesin namizədi ilk anketlərdə birinci yerdədir.

“Clarin” (Argentina): Koronavirus: Uxanda qapalı qalan 13 argentinalının təxliyəsi necə olacaq?

“Le Figaro”(Fransa): Pensiya islahatı: Maliyyə konfransı bu gün fəaliyyətlərə başlayır

 “Le Mondə(Fransa): Mərakeşdə beyin axını narahatlıq doğurur

“Le Parisien” (Fransa)”: Makron ayrı-seçkiliyə qarşı planını açıqlayır

 “RİA Novosti” xəbər agentliyi: Rusiya Federasiya Şurasının üzvü Puşkov Ukrayna xarici işlər nazirinin Rusiya ilə Belarus əlaqələrinin “çətin zamanlardan keçə biləcəyi” sözlərini tənqid etdi.

“Lenta.ru”: Qazpromun rənbəri Aleksey Millerin heyətindən iki nəfər vəzifəsindən ayrıldı.  

“MK.RU”: Ukrayna Xarici İşlər Nazirliyi ukraynalı qaçaq balıqçıların Krımda nəzarətə götürülməsi münasibətilə Rusiyaya etirazını bildirdi.



Әlaqәli Xәbәrlәr