Xarici mətbuat, 17 fevral 2020

Xarici Mətbuat və veriliş orqanlarında Türkiy-dünya gündəmindəki əhəmiyyətli mövzulardan bəzilərinin başlıqlarını təqdim edirik.

1360700
Xarici mətbuat, 17 fevral 2020

"azertag.az":Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

“Apa.Az”  (Azərbaycan): Küveyt və Səudiyyə Ərəbistanı iki ölkə arasındakı neytral zonada neft hasilatına başlayır.

 “Alsharq Alawsat(Səudiyyə-İngilis): Dekabr ayından bəri İdlib və Hələbdə bir milyon insan didərgin düşdü.

Al-Raya Al-Katariya” (Qətər): ABŞ Somaliyə hərbi yardıma yenidə başladı.

BEYAN” (Birləşmiş Ərəb Əmirlikləri): Çinin tədbirləri nəticəsində koronavirusun yayılmasının qarşısı alındı.

“El Pais” (İspaniya): Berlin və Paris İspaniyanın güclü tərəfdaşlığını qazanmağa çalışır.

“Infobae” (Argentina): Boliviyanın keçmiş Prezidenti Evo Morales siyasi sığınacaq tələb etdiyi Kubadan Argentinaya qayıtdı.

“Prensa Latina” (Kuba): Kuba və Çinin səfirləri arasında koronavirus məsələsi ilə əlaqəli görüş olub. İki diplomat danışıq zamanı virusun müalicəsində Kuba istehsalı dərmanın istifadə edilməsini müzakirə ediblər.

“Die Welt”: Çində koronavirus qurbanlarının sayı 1770-ə çatdı.

“Deutsche Welle”: Xarici işlər naziri Mevlüt Çavuşoğlu regiondakı bütün problemlərin süni olduğunu bildirib.

“Le Figaro”: Fransada hökumətinin gündəmindəki pensiya islahatı Milli Məclisə təqdim edildi.

“France 24”: Dennis qasırğası İngiltərə və Fransada həyatı iflic etdi.

“Le Temps” (İsveçrə): Ümumdünya Səhiyyə Təşkilatına görə, Covid-19 virusunun yayılacağını   proqnozlaşdırmaq  çətindir.

“Kommersant”: Türkiyə Qazpromdan təbii qaz alışını azaldır.

"İzvestiya” qəzeti: Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiya və Avropa İttifaqı arasındakı əməkdaşlığın Ukrayna ilə əlaqələndirməsini absurd hesab edib.

Rusiya xəbər agentliyi “TASS”: NATO baş katibi alyansın Rusiya ilə sıx müzakirələr apardığını bildirib.

 



Әlaqәli Xәbәrlәr