Xarici mətbuat, 11 fevral 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

“azertag.az”(Azərbaycan): Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“trend.az” (Azərbaycan): Prezident İlham Əliyev: Əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq.
“Al-Raya Al-Katariya”: Suriya rejiminin hücumları ilə 5 Türk əsgərinin şəhid edilməsinə Türkiyə sərt cavab verdi.
“Alsharq Alawsat”: Birləşmiş Ərəb Əmirliklərində daha bir nəfərin koronavirusa yoluxması ilə xəstə sayı 8-ə çıxıb.
“VATAN”: Birləşmiş Ərəb Əmirlikləri Qətərlə poçt xidmətlərinə yenidən start verib.
“Deutsche Welle”: Almaniyada 2019-cu ildə müsəlman təşkilatları nümayəndəlikləri 184 dəfə hücuma məruz qaldı.
“Spigel Online”: Koronavirusdan ölənlərin sayı mini keçdi.
“Zeit Online”:Türkiyə İdlibdəki hücumdan sonra Suriya rejim qüvvələrinə cavab verdi.
“El Tiempo” (Kolumbiya): Boliviyanın sabiq prezidenti Evo Morales sağlamlıq problemləri səbəbindən Kubaya gedir.
“Telesur” (Venesuela): El Salvador məclisi konstitusiyadakı böhran səbəbindən növbədənkənar iclas keçirir.
“Le Figaro”(Fransa): Prezident Emmanuel Makron əlillərin həyatını asanlandırmaq istəyir
“Le Monde” (Fransa): Fələsdin lideri Mahmud Abbasın ABŞ prezidenti Donald Trampın planına qarşı yürütdüyü “diplomatik intifadası”.
“France 24” (Fransa)”: Fransanın banklarından bəziləri meşəlikləri aradan qaldırma layihələrini maliəyyələşdirməkdə ittiham olunur.
“TASS” xəbər agentliyi: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Yaponiyanın karantinə alınan gəmiyə istiqamətli tətbiq etdiyi tədbirlər sual doğurur.
“RİA Novosti” xəbər agentliyi: Türkiyə Suriyada Rusiya ilə birgə patrulda iştirak etmədi.
“İzvestiya” qəzeti:ABŞ-ın qarşı kəşfiyyat strategiyasındakı (2020-2022) təhdidlər siyahısında Rusiya və Çin ilk yerdədir.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar