Xarici mətbuat, 10 fevral 2020
“Deutsche Welle”, “Focus”, “Spiegel.de”, “Al-Raya Al-Qatariya”, “Alsharq Alawsat”, “Al-mustakbal”, “El Pais”, “Clarin”, “El Mundo”, TASS, “İzvestiya” və “Lenta.ru” bu gün nələrdən yazır?

“Deutsche Welle”: Türkiyə İdlibdə möhkəmlənmək üçün hərbi qüvvə göndərir.
“Focus”: Sürəti saatda 180 kilometrə çatan Sabine fırtınası Almaniyada həyatı iflic etdi.
“Spiegel.de”: "Parasite" “İlin ən yaxşı filmi" Oskarını aldı.
“Al-Raya Al-Qatariya” (Qətər): Qətər Küveytə 15 il boyu maye təbii qaz göndərəcək.
“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı, ingiliscə): Çin korona virusu ilə mübarizə aparan şirkətlərə 43 milyard dollar verəcək.
“Al-mustakbal” (Livan): Prezident Ərdoğan “sözdə barış planı”nı qəbul etmirik" dedi
“El Pais” (İspaniya): İspaniya hökuməti Fransa-Almaniya oxundan uzaqlaşıb İtaliya ilə bağları qüvvətləndirir.
“Clarin” (Argentina): Argentina prezidenti Alberto Fernandesin Vatikan gəzintisində mübahisəli “abort qadağası” da müzakirə olundu.
“El Mundo” (İspaniya): Korona virusu Çindəki İspaniya şirkətlərinə mənfi təsir göstərir.
TASS (informasiya agentliyi): Lavrov Ukrayna ilə yenidən qarşılıqlı səfir təyinetmə məsələsinə Rusiyanın qarşı olmadığını bildirdi.
“İzvestiya”: Rusiya hökuməti korona virusunun ölkədə yayılması ehtimalına qarşı tibbi maska üçün strateji anbar yaratma təlimatı verdi.
“Lenta.ru”: Fırıldaqçılar rusların bank hesablarından pul oğurlamaq üçün yeni yol tapdı.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 15 yanvar 2021
Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar