Xarici mətbuat, 6 favral 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

“azertag.az”(Azərbaycan): Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“trend.az” (Azərbaycan): Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi
2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 180,628 milyon dollar artaraq 2,033 milyard dollar təşkil edib.
“Al Quds Al Arabi”: İsrail qırıcıları Qəzza zolağındakı Fələstin hədəflərini bombaladı.
“Al Jazeera”: Koronavirusa qarşı təsirli müalicə metodu yoxdur. Çində və dünyada karantin, ölüm sayı artıqca genişləyir.
“Al Jazeera”: Ərdoğanın Dəməşqə müddət verməsindən saatlar sonra…
Suriya rejim qüvvələri Sarakibə hücum etdi. Türkiyə cavab verdi.
“Deutsche Welle”: Suriya böhranı: Ərdoğan Əsəddən hərbi dəstələrini geri çəkməsini istədi.
“Süddeutsche Zeitung”: Türkiyənin şərqində qar uçqunu nəticəsində onlarla insan həlak oldu.
“La Vanguardia” (İspaniya): Kataloniyada yeni mənzil qiymətləri 2019-cu ildə 4,6 faiz qalxıb.
“Infobae (Argentina): Donald Tramp Xuan Quaydonu Ağ evdə qəbul etdi.
“Telesur” (Venesuela): Nikaraqua xərçəngə qarşı mübarizədə atdığı addımları açıqladı.
“Le Figaro”(Fransa): Fransada pensiyada islahata qarşı bugün keçirilməsi gözlənilən nümayişlər.
“Le Monde” (Fransa): İmpiçment üzrə prosesdə Donald Tramp hər iki maddə üzrə bəraət qazandı.
“Le Parisien”: Hollivudun son əfsanə ulduzu Kirk Duqlas dünyasını dəyişdi.
“TASS”xəbər agentliyi:Rusiya Federasiyası səfirliyi Yaponiyadakı sərnişin gəmisindəki ruslarda koronavirusun aşkarlanmadığını bildirdi.
“RİA Novosti” xəbər agəntliyi: “İzvestiya” qəzeti mənzil qiymətlərinin 25 faiz nisbətində qalxa biləcəyini yazdı.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 15 yanvar 2021
Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar