Xarici mətbuat, 4 fevral 2020
Xxarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

“azertag.az”(Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
“trend.az” (Azərbaycan): Müdafiə naziri general-polkovnik Zakir Həsənov Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
“Deutsche Welle”: Ərdoğan: “Krımın qeyri-qanuni ilhaqını tanımırıq”
Prezident Ərdoğan Ukraynaya səfərində Krımın ilhaqını gündəmə saldı. Ərdoğan “Türkiyə olaraq Krımın qeyri-qanuni ilhaqını tanımadığımızı vurğulamaq istəyirəm” dedi.
“Bild.de”: Almaniyada iki yeni Koronavirus yoluxma hadisəsi qeydə alındı
Virus bir uşağa atasından yoluxdu. 10-u Bavyera əyalətində və ikisi Frankfurtda olmaqla 12 koronavirus yoluxma hadisəsi baş verib.
“Zdf.de”: Əsgərlərin şəhid edilməsindən sonra Türkiyə Suriyaya sərt cavab vermək üçün əməliyyat başlatdı.
“Alsharq Alawast” (Səudiyyə Ərəbistanı-ingilis): Dünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasına müşayiət edən “ məlumat epidemiyası” barədə xəbərdarlıq etdi.
“Alraya Al-Katariya” (Qətər): Qətərdən Fələstin xalqının qətiyyətliliyini və davalarını dəstəkləyən sabit mövqe.
“Al Jazeera” (Qətər): Netanyahu ilə Əl-Burhan və sudanlı bir səlahiyyətli arasında keçirilən yığıncağın Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təşkil edildiyi təsdiqləndi. Fələstinlilər bunu arxadan vurmaq olaraq qiymətləndirdi.
“La Vanguardia” (İspaniya): İspaniya Kralı 6-ci Felippe qanunvericilik ilinin açılışında çıxış etdi: “ İspaniya bir-birinə qarşı ola bilməz. İspaniya hər kəs üçün və hər kəsə aid olmalıdır”
“Infobae (Argentina): Sosializm Hərəkət Partiyasının (MAS) liderləri Evo Moralesin Boliviyada may ayında keçiriləcək seçkilərdə senator namizedi olacağını təsdiqlədi.
“Telesur” (Venesuela): Venesuela hökuməti Çin ilə yeni növ koronavirus epidemiyasına qarşı həmrəylik içində olacağını ifadə edən bəyanat yaydı.
“Gazetem.ru”: Zelenski Rusiya həbsxanalarındakı ukraynalıların sərbəst buraxılması üçün Türkiyədən yardım istədi.
“Lenta.ru”: Rusiyanın yeni tədbiri: “Koronavirus daşıyan xaricilər ölkədən çıxarılacaq.
“RİA Novosti” xəbər agentliyi: Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Türkiyənin Moskva səfiri Mehmet Samsarla görüş keçirib.
“Le Figaro”(Fransa): Koronavirus: “Fransada epidemiya yoxdur”, səhiyyə müdirindən insanı sakitləşdirən açıqlama
“Le Monde” (Fransa): Avropanın dörd bir tərəfində koronavirus qorxusu hakimdir
“Le Soir” (Belçika): Belçikada 372 sabiq terror məhkumu hələ də nəzarətdə saxlanılır.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar