Xarici mətbuat, 28 yanvar 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

“azertag.az”(Azərbaycan):Prezident İlham Əliyev: “Çoxqütblü dünya sabitliyə zəmanətdir”
“trend.az” (Azərbaycan):Türkiyə və Azərbaycan halal sertifikatının hazırlanması sahəsində əməkdaşlıq edəcəklər.
“kaspi.az”(Azərbaycan): Trans-Adriatik qaz kəməri (TAP) konsorsiumu 2020-ci il üçün planlarını açıqlayıb.
“Alsharq Alawast” (Səudiyyə Ərəbistanı-ingilis): ABŞ prezidenti sabah “Sülh planını” açıqlayır…İsrailin baş naziri Netanyahu isə “Əsrin fürsəti” kimi qiymətləndirir.
“Alraya Al-Katariya” (Qətər): 21 min suriyalı Türkiyə sərhəddi istiqamətində hərəkət etdi.
“Alraya Al-Katariya” (Qətər): Ərəb və qərb ölkələri Çindəki vətəndaşlarını geri çağırır.
“TASS” xəbər agentliyi: Rusiya Daxili İşlər Nazirliyi 2019-cu ildə iqtisadi cinayətlərdən qaynaqlanan zərərin 447 milyard rubl olduğunu açıqladı.
“İzvestiya” qəzeti: Ət və südün qiyməti 12 faiz qalxa bilər.
“RİA Novosti” xəbər agentliyi: (Ukrayna prezidenti) Zelenskiy Sovet İttifaqını İkinci Dünya Müharibəsini başlatmaqda ittiham etdi.
“ABC.es” (İspaniya): (Kataloniya muxtar cümhuriyyətinin başçısı) Quim Torra artıq Kataloniya Parlamenti millət vəkili deyil.
“El Comercio (Peru): Accion Popular (Xalq Hərəkəti Partiyası), Freepap (Peru Kənd Təsərrüfatı Cəbhəsi) və Podemos Peru (Peru Edə bilərik) Konqres seçkilərində birinci yerdədir.
“La Nacion” (Kosta Rika): Qəhvə Rosta Rikanın yeni milli simvolu oldu.
“Focus.de”: Almaniyada koronavirusuna ilk yoluxma hadisəsi qeydə alınıb.
“Deutsche Welle”: Holokost qurbanlarının anım günü: prezident Staynmayer Ausşvitsten xilas olanlarla bir araya gəldi.
“Nex24.de”: Kansler Angela Merkel Albaniyanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyir.
“Le Figaro”:Çindəkoronavirusu epidemiyasında ölənlərin sayı 106-ya çıxdıqda məktəblərin açılması təxirə salındı.
“Le Monde”: Belçikada qərara gəlindi: sabiq kral II Albert qeyri-qanuni qızı Delphine Boeli rəsmiyyətdə tanıdı.
“France 24”: Avropa İttifaqı “Brexit” müzakirəçisi Mişel Barnierin düşüncəsinə görə, Brüssel və London “Brexit”in zərərlərini sadəcə məhdud edə bilərlər.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar