Xarici mətbuat, 24 yanvar 2020
“Alsharq Alawsat”, “Al-Raya Al-Katariya”, “Vatan”, “Le Monde”, “Le Parisien”, “Le Figaro”, “El Mundo”, “İnfobae”, “El Comercio”, TASS, “İzvestiya” və “RİA novosti” bu gün nələrdən yazır?

“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): ABŞ-ın İraqdakı hərbi varlığıyla əlaqədar İraq və Amerika hökumətləri arasında görüş reallaşdırıldı.
“Al-Raya – Al-Katariya” (Qətər): Qətər embarqo tətbiq edən ölkələrə səslənərək problemləri qeyd-şərtsiz dialoqla həll edilməsinin tərəfdarı olduğunu bildirdi.
“Vatan” (Oman): 20 nazirdən ibarət Livan hökuməti quruldu.
“Le Monde” (Fransa): Təqaüd islahatını hökumət tunelin sonu kimi hələ çox uzaqda görür.
“Le Parisien” (Fransa): Çin koronavirusuna qarşı Fransa xəstəxanaları mübarizə aparmağa hazırdır.
“Le Figaro” (Fransa): Belçikanın Zibruq (Zeebrugge) şəhərində yük maşını içindəki soyuduculardan 23 qaçqın çıxarıldı.
“El Mundo” (İspaniya): Venezuelada özünü dövlət başçısı elan edən Xuan Quaido Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronun dəstəyini almağı bacardı.
“İnfobae” (Argentina): Perunun paytaxtı Limada bir maye yanacaq tankerinin partlaması nəticəsində iki nəfər öldü, 50-dən çox adam yaralandı.
“El Comercio” (Ekvador): Venezuela prezidenti Nikolas Maduro parlament seçkiləri üçün Birləşmiş Millətlər Təşkilatından müşahidəçi missiya qrupu göndərməsini istədi.
“TASS” xəbərlər agentliyi (Rusiya): Çin Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin zirvə toplantısını etmə təklifini dəstəklədi.
“İzvestiya” (Rusiya): Almaniya Rusiyaya tətbiq olunan sanksiyaları qaldırma çağırışı etdi.
“RİA novosti” (Rusiya): ABŞ Dövlət Departamenti Suriyadakı Rusiya və Amerika əsgərləri arasında çıxan hadisəni «kiçik qarşıdurma” adlandırdı.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 22 yanvar 2021
Dünya mətbuat və veriliş orqanlarında gündəmə dair əks edən bəzi xəbərlərin başlıqları