Xarici mətbuat, 20 yanvar 2020

“Alsharq Alawsat”, “Al-Ayam”, “Al-Raya Al-Katariya”, “Deutsche Welle”, “Spiegel.de”, “Zdf.de”, “El País”, “El Universal”, “La Nación”, “Le Monde”, “Le Figaro”, “Le Parisien”, “Kommersant”, TASS və “Ria novosti” bu gün nələrdən yazır?

Xarici mətbuat, 20 yanvar 2020

 

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): Berlin Konfransı Liviyada daimi atəşkəs çağırışı etdi.

Al-Ayam” (Bəhreyn): Bağdad nümayişlərində iki adam həyatını itirdi… İranla olan sərhəd qapısı bağlandı.    

Al-Raya Al-Katariya” (Qətər): Livanda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmalarda 400 adam yaralandı.

Deutsche Welle”: Liviya üçün yol xəritəsi Berlində qəbul edildi.

Spiegel.de”: Almaniya kansleri Angela Merkel İstanbula hazırlaşır.

Zdf.de”: Çin süpermarketlərdə plastik torbalara qadağa qoyur.

El País” (İspaniya): Müxalif Xuan Quadio (Juan Guaidó) gizlicə Venezueladan ayrılaraq ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşmək üçün Kolumbiyaya getdi.

El Universal” (Meksika): Querreroda öldürüldükdən sonra yandırılan 10 musiqiçidən beşinin meyidi ailələrinə təslim edildi.

La Nación” (Argentina): Papa Fransiskonun Buenos Airesdəki evində bomba həyəcanı oldu, amma qutudan ancaq zibil çıxdı.

Le Monde”: “Oxfam” təşkilatının yazdığına görə, dünya əhalisinin yarısı gündə 5 dollardan aşağı gəlirlə yaşayır.

Le Figaro”: Liviyada silah sanksiyası ilə bağlı Berlində razılaşma təmin edildi.

Le Parisien”: MSC firması Fransanın “Chantiers də l'Atlantique” tərsanəsinə iki milyard avroluq iki gəmi sifariş verdi.

Kommersant” qəzeti (Rusiya): Kremldə konstitusiya dəyişikliklərilə əlaqədar referendumun tarixi 12 aprel olaraq təyin edildi.

TASS informasiya agentliyi (Rusiya): Tramp “ABŞ üçün Rusiya və Çinlə yaxşı əlaqələr faydalıdır” dedi.

Ria novosti” xəbərlər agentliyi (Rusiya): Türkiyədə daşınmaz əmlakın xaricilərə satışında ruslar üçüncü sırada yer alır.



Әlaqәli Xәbәrlәr