Xarici Mətbuat 17.01.2020

Xarici mətbuat və veriliş orqanlarında Türkiyə, dünya gündəminə dair əks edən bəzi mövzulardan başlıqlır

Xarici Mətbuat 17.01.2020

Le Fiqaro: İranın 8 yanvarda ABŞ_nın İraqdakı hərbi bazalarına hücumlarında 11 ABŞ əsgəri yaralanıb.

Fransa 24: BMT Suriyadakı yeni yetmə Xarici döyüşçülərin ən qısa müddətdə ölkələrinə ekstradisiya edilmələrini tələb edir.

Le Parisien: Fransa Prezidenti Emmanuel Makron, “Charles-De-Gaulle” aviadaşıyıcı gəmisinin Yaxın Şərqə göndəriləcəyini bildirib.

Əl-Şərq Əl Avsat: ABŞ dövlət departamentinin rəhbəri Pompeo Berlində təşkil ediləcək Liviya Konfransında iştirak edəcəyini açıqladı.

Əl Qüds Əl-Ərəbi: İsrail qırıcıları Qəzza zolağına aviazərbələr endirdi. Hücumlarda Həmasa məxsus bir qərargah bombalandı.

Əl-Cəzirə: Liviyadakı müxalif lider Hafter qarşılıqlı hücumların davam etməsinə baxmayaraq Berlin konfransında iştirak edəcəyini açıqlarkən, Milli həmrəylik hökumətinin rəhbəri Səraç isə Avropanın hücumlara biganə qalmasına reaksiya verib.

El Periódico (İspaniya): Sosialist İşçi Partiyasının (PSOE) lideri Pedro Sançes hökumət rəhbəri kimi ilk müsahibəsini birinci gün “TVE” kanalına verəcək.

La República (Peru): Çin Nikolas Maduro hökumətinə maliyyə dəstəyini azaltmaq istəyir.

Milenio (Meksika): Meksika ilə ABŞ silah və narkotik qaçaqmalçılığa qarşı yeni tədbirlər hazırlayıb.

Lenta.ru: Ağ Evin sözçüsü Morqan Ortaqus Rusiya və Suriyanı İdlibdə atəşkəsi pozmaqda təqsirləndirib.

İzvestiya: Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov hökumətin dəyişməsinə baxmayaraq dövlətin xarici siyasətində dəyişiklik olmayacağını bildirib.

TASS: Putin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Rusiya ilə bağlı qəbul etdiyi bəzi qərarlarının qanunlar ilə üst-üstə gəlmədiyini söyləyib.

Deutsche Welle: Dini İşlər Türk İslam Birliyi, Alman hökumətindən tələb edib ki, müsəlmanları qorumaq üçün lazımlı tədbirləri gücləndirsin.

Spiegel Online: Rusiyanın yeni baş naziri Mixail Mişustin oldu.

Zeit qəzeti: Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Liviyadakı Milli Həmrəylik Hökuməti ilə imzaladıqları razılaşmada müəyyən edilən axtarış və qazma fəaliyyətlərinin başladılacağını bildirib.



Әlaqәli Xәbәrlәr