Xarici mətbuat, 6 yanvar 2020
Xarici mətbuatda Türkiyə və dünya gündəminə dair əks edən mövzulardan bəzi başlıqlar.

Qafqazinfo (Azərbaycan): “Süleymaninin qızından prezident Ruhaniyə: Atamın intiqamını kim alacaq?”
Əl-Raya Əl-Qatariya (Qətər): “Görən üçüncü böyük müharibəsinin fitili İraqda atəşlənəcək?”
Əl-Şərq Əl-Avsat (Səudiyyə-İngilis): İraqda etiraz aksiyalarına qatılanlar ölkənin İran və Amerika işğalından xilas olmasını tələb edirlər.
Vətən (Oman): İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri üzrə komandiri Qasim Süleymaninin ölümü münasibətiylə İraqda matəm elan edilərkən, Avropa ölkələri tərəfləri sakit olmağa çağırdı. Avstriya isə İran-Amerika sammitinin keçirilməsini təklif etdi.
Deutsche Welle: Türkiyə Liviyaya qoşun göndərməyə başladı
Focus.de: Tramp İraq parlamentinin ABŞ qoşunlarının ölkədən çıxarılmasını nəzərdə tutan qərarına sərt reaksiya verdi və sanksiya tətbiqi ilə təhdid etdi.
Zeit.online: İran daha nüvə razılaşmanın şərtlərini yerinə yetirmək istəmir.
Le Fiqaro: Fransa prezidenti Makron İran mövzusunda Tramp ilə həmrəy olduğunu bildirib.
Le Soir (Belçika): İran nüvə sazişindən üz döndərir
El Mundo (İspaniya): 2019 Meksika üçün ən qanlı il oldu.
El Pais (İspaniya): Pedro Sançes seçkilərin ilk turunda qalib gələmədi.
Clarin (Argentina): Nikolas Maduro Venesuela Parlamentinin rəhbəri Juan Quaidonu vəzifəsindən azad etdi. Onun yerinə Luis Parranı təyin etdi.
RİA Novosti: Yaponiyalı döyüş mütəxəssisinə görə Sovet istehsalı “MiG-25 qırıcı təyyarə” dünyanın ən sürətli təyyarəsi hesab edilir.
Gazeta.ru: Rusiyanın gənc xokkey komandası dünya finalında Kanada komandasına uduzdu.
"İzvestiya" qəzeti: Ukraynada irqçlərin simvolu hesab edilən Stepan Banderanın heykəlinin Rusiya sərhədindəki bir şəhərdə qurulması təklif edildi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar