XARİCİ MƏTBUAT - 03 YANVAR 2020

Xarici mətbuatda Türkiyə və dünya gündəmindəki mövzulara dair başlıqlar

1334008
XARİCİ MƏTBUAT - 03 YANVAR 2020

Əl-şarq Əl-avsat (Səudiyyə-İngilis): İran İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvəsi üzrə komandiri Qasim Süleymani və “Haşdi Şabi” təşkilatının komandirinin müavini Əbu Mehdi Mühəndis ABŞ tərəfindən öldürüldü.

Əl-şərq Əl-avsat (Səudiyyə-İngilis): General Qasim Süleymanı ABŞ tərəfindən öldürüldükdən sonra neftin qiymətində 4% artıq qeydə alındı.

VATAN (Oman): İsrail 2019-cu ildə 149 Fələstinlini qətlə  yetirdi.

Tagesspiegel: Prezident Ərdoğan Liviyaya əsgər göndərə bilər. Bunun əsas səbəbi Liviyanın təbii qaz ehtiyatlarına sahib olmasıdır.

Stuttgarter Nachrichten: Almaniya sərhəddinə 21 kilometr məsafədə Afrika donuz vəbası virusu aşkarlanıb.

Zeit.online.de Almaniya: Almaniyada fərdi pul aktivlərində 7% artım qeydə alınıb.

Le Monde: Əlcəzair rəhbərliyinin məlumatına görə yeni hökumət formalaşdırıldı.

Le Parisien: Fransada iki həmkarlar ittifaqı hava limanları işçilərini tətil aksiyasına çağırdı.

La Vanguardia: İspaniyada ERC partiyası sosialist lider Pedro Sançesin hökuməti formalaşdırmasına imkan yaratdı.

El Espectador: Mesikanın paytaxt şəhərində 2020-ci ilin ilk günündən etibarən plastik torbaların istifadəsi qadağan edildi.

Rusiya xəbər saytı lenta.ru: Rusiya neft hasilatında rekord səviyyəyə yaxınlaşır.

Rusiya xəbər agentliyi TASS: 2019-cu ilin ən ciddi və dəqiq hava yolu şirkətinin 'Aeroflot' olduğu açıqlandı.

Rusiya xəbər agentliyi RİA Novosti: "National Interest"-in xəbərinə görə Rusiya dəniz piyadaları dünyanın ilk 5 dəniz qüvvələri  arasında iştirak edir.



Әlaqәli Xәbәrlәr