Xarici mətbuat: 26.12.2019

Xarici mətbuatda Türkiyə və dünya gündəminə dair əks olunan mövzuların başlıqlarını təqdim edirik

1329895
Xarici mətbuat: 26.12.2019

Əl-cəzirə: “Prezident Ərdoğan Liviyada beynəlxalq təşkilatlar tərəfindən rəsmiyyətə tanınan milli həmrəylik hökumətinin əleyhinə mübarizə edən qıyamçı general Hafterın legitimliyinin olmadığını xatırladıb. Onun  ətrafındakıların isə Rusiya və Sudanlı muzdlu döyüşçülər olduğuna diqqət çəkib.

Əl-Qüds Əl-Ərəbi: Prezident Ərdoğan Berlində baş tutacaq Liviya mövzulu zirvə toplantısına  Tunis, Əlcəzair və Qətərin qatılmasına dəstək verir.

Əl Raya (Qətər): Suriyanın İdlib bölgəsinə təşkil edilən aviazərbələr nəticəsində daha 10 nəfər öldü. Müxalifət səfərbərlik elan etdi.

Əl Quds Əl Ərəbi: Rusiya Dövlət Başçısı Putin, ölkəsi ilə İsrail arasındakı vəziyyətin   dəfələrlə   pisləşdiyini bildirib.

Deutsche Welle: Prezident Ərdoğan Liviyada atəşkəsin dərhal bərpa edilməsinin vacibliyinə diqqət çəkib. O, bunu Tunis prezidenti Səid ilə görüşü zamanı səsləndirib.

Süddeutsche Zeitung: İsrail qırıcı təyyarələri Qəzza Zolağına aviazərbələr endirdi.

Obzor.Press Xəsər Saytı: Rusiya prezidenti Putin beş ordu generalını işdən qovdu.

TASS xəbər agentliyi: Moskva Məhkəməsi Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Arslanovun bank hesablarını və əmlakını dondurur.

Rusiya xəbər saytı Lenta. ru: Rusiyanın energetika naziri Novak “Şimal axını-2” boru kəməri layihəsinin sanksiyalara baxmayaraq həyata keçiriləcəyini bildirib.

El Pais, İspaniya: Keçmiş prezident Evo Moralesın rəhbərliyi dövründəki idarəçilərin Boliviyanın paytaxtı La Pazda Meksika səfirliyinə sığınmaları, Boliviya ilə Meksika arasında gərginliyin tarıma çəkilməsinə səbəb oldu.

El Mundo, İspaniya: 2019-cu ildə Kataloniyadan Madridə 400-dən çox şirkət köçdü.

Prensa Latina, Kuba: Suriya rəsmi Vaşinqton haqqında məhkəmə işi qaldırdı. Buna ölkənin neftini oğurladığını səbəb kimi göstərib.

Liberation: Fransata Pensiya islahatlarına qarşı etirazlar davam edir.

Le Monde: Milad ərəfəsində Honkonqda aksiyaçılar ilə polis arasında qarşıdurma baş verdi.

Fransa 24: Əlcəzairdə general Əhməd Qaid Salah üçün milli dəfn mərasimi təşkil edildi.



Әlaqәli Xәbәrlәr