Xarici mətbuat, 19 dekabr 2019

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1325958
Xarici mətbuat, 19 dekabr 2019

 

“azertag.az”(Azərbaycan): Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının 9-cu iclası işini başa çatdırıb. Təşkilata sədrlik Türkiyədən Azərbaycana keçib.

“trend.az” (Azərbaycan): Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb.

“kaspi.az”: Ermənistanda hakimiyyət uğrunda mübarizə qızışır

“DW”: ABŞ Nümayəndələr Palatası Trampa qarşı impiçment ittihamlarını təsdiqlədi

“Zeit.de”: Almaniyada enerji istehlakı 2019-cu ildə azaldı

 “Alsharq Alawast” (Səudiyyə Ərəbistanı):  ABŞ Nümayəndələr Palatası Trampın Senatda mühakimə olunması barədə qərara gəldi.

“Al raya (Qətər): Ərdoğan: “Liviya ilə əməkdaşlığı inkişaf etdiririk”

“Al Quds Al Arabi: Ərdoğan Malayziyadan dünya nizamının dəyişməsinin vacibliyini bir daha dilə gətirdi.

“Al Quds Al Arabi: ABŞ-ın BMT nümayəndəsi İsraildəki yaşayış məntəqələrənin qanuni olmadığına dair xüsusi qərarına sərt reaksiya göstərir.

“El Mundo” (İspaniya): İspaniya La Ligada “Barcelona” ilə “Real Madrid” qarşı-qarşıya gəldi. Camp Nouda oynanan matç 0-0 hesabı ilə başa çatdı.

“El Pais” (İspaniya): İspaniya Sosial İşçi Partiyası (PSOE) və Kataloniya Cümhuriyyətçi Solu (ERC) zaman-zaman baş verən gərginliklərə baxmayaraq görüşlərdə irəliləyiş əldə edirlər.

“Telesur” (Venesuela): Pinera hökumətinə qarşı etiraz nümayişlərində iki ay tamam oldu.

“Le Figaro”: Paris artmaqda davam edən cinayətlərin pəncəsindədir.

“France 24”: Tətil qərarı Parisdə velosiped sahəsində inqilabı önünü açdı.

“Le Temps” (İsvecrə):  Vəzifəsindən sui-istifadə etmək və Konqresin fəaliyyətlərinə mane olmaqla ittiham edilən Tramp mühakimə olunacaq.

“RİA Novosti”: Ukrayna parlamenti (Rada) qaz nəqliyyatı dayandırılacağı təqdirdə Ukraynanın milli gəlir itkisini hesabladı: itki təqribən 2 faiz olacaq.

 “RBK”: Rusiyaya yüksək səviyyəli bürokratların qeyri-qanuni yolla əldə edilmiş əmlaklarının daha fəal şəkildə müsadirə edilməsi üçün çağırış edildi.

 “İzvestiya” qəzeti: Anastasiya Radzinskaya adlı 5 yaşındakı rus blogger dünyanın ən çox qazanc əldə edən bloggerləri siyahısında 3-cü yerdədir.



Әlaqәli Xәbәrlәr