Xarici mətbuat, 17 dekabr 2019
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

“azertag.az”(Azərbaycan): Azərbaycanın üç tarixi məkanı İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib.
“trend.az” (Azərbaycan): ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
“kaspi.az”: Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşıb.
“DW”: İsrail Qüdsdə ticari nümayəndəlik açdı.
“T-online”: Yunanıstanın baş naziri Miçotakis Almaniyanın ölkəsindən daha çox qaçqın almasının vacibliyini bildirdi.
“Alsharq Alawast” (Səudiyyə Ərəbistanı): Respublikaçılar Trampı azad etmək üçün mübarizəyə hazırlaşırlar.
“Al raya (Qətər): Qətər əmiri ölkəsinin Fələstin xalqına sadiq və dəstək verən mövqeyini bir daha dilə gətirdi.
“Al Quds Al Arabi”: İngiltərənin baş naziri Boris Consonun ilk qərarı : İsraili boykot etmək hərəkətini cəzalandırmaq üçün qanun layihəsi.
“Al Jazeera”: Sisi Hafter qüvvələrini dəstəklədiyini qəbul etdi və Liviyanın daxili işlərinə edilən müdaxiləni tənqid etdi.
“El Periodico” (İspaniya): Maduro hökuməti ABŞ sanksiyalarının öhdəsindən gəlmək üçün 2020-ci ilin büdcəsini təqdim etdi.
“ADN” (Kuba): “The Economist” jurnalının “İntelligence Unit” qrupu tərəfindən hazırlanan hesabata görə, Nikaraqua Latın Amerikasının ən çox sabitsizliyin hakim olduğu ölkəsidir.
“İnfobae” (Argentina): Argentina dünyadakı ən müasir məqsədyönlü reaktora sahib, qitəsindəki ilk ölkə olacaq.
“TASS” rus xəbər agentliyi: Rusiya və Suriya rejim qüvvələri Aralıq dənizində birgə hərbi təlim keçir.
“Rusiya-1” telekanalı: Putinin mətbuat katibi Peskov: “İdlibdə Türkiyədən başqa seçimimiz yoxdur.
“Gazetem.ru”: İctimai baş müfəttiş Şərəf Malkoç Rusiyanın paytaxtı Moskvada Türk iş adamları ilə görüşdü.
“Le Mond”: 2019-cu ildə dünya miqyasında öldürülən jurnalist sayı 49-a düşdü.
“France 24”: Hindistanda Vətəndaşlıqla bağlı qanunun əleyhinə etiraz aksiyaları yayılmaqda davam edir.
“Le Parisien”: Tətil qərarları səbəbindən Paris bölgəsindəki otel və restoranlardakı gəlir nisbəti 30 faizdən 60 faizə düşdü.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar