Xarici mətbuat, 16 dekabr 2019

“Deutsche Welle”, “Handelsblatt.com”, “Kurier.de”, “La Vanguardia”, “El Comercio”, “Telesur”, “Lenta.ru”, “RİA Novosti”, “TASS”, “Le Figaro”, “France 24”, “Al Raya Al Katariya”, “Alsharq Alawsat” və “Vatan” bu gün nələrdən yazır?

1323905
Xarici mətbuat, 16 dekabr 2019

 

Deutsche Welle”: Almaniyanın avtomobil nəhəngi “Volkswagen” Manisada qurmağı planlaşdırdığı fabriklə əlaqədar qərarını ən erkən fevral ayında açıqlayacaq.

Handelsblatt.com”: Afrika donuz vəbası Almaniyanı təhdid edir. Əgər bu vəba Almaniyadakı donuzlara bulaşarsa, ölkə iqtisadiyyatı milyardlarla dollar zərərə uğrayar.

Kurier.de”: Almaniyanın Auqsburq (Augsburg) şəhərində məhkəmə evini xarici vətəndaşlara kirayə vermək istəməyən ev sahibinə min avro pul cəzası kəsdi.

La Vanguardia” (İspaniya): Pedro Sançez dekabrın 16-dan partiya sədrləri və bölgə başçıları ilə hökumətiqurma işləri üçün iclaslara başlayır.

El Comercio” (Peru): 200-dən çox bələdiyyənin iştirakıyla keçirilən müşavirələrdə bu nəticə əldə olundu ki, Çili xalqının diktatorluqdanqalma konstitusiyası dəyişilsin.

Telesur” (Venezuela): Venezuela prezidenti Nikolas Maduro: "İnqilabımızın aktiv bir qurucu gücə ehtiyacı var", - dedi.

Lenta.ru” (Rusiya xəbər portalı): Rusiya Yaponiyanın Kuril adalarının hamısını alma fikirinə cavab verdi.

RİA Novosti” (Rusiya xəbər agentliyi): Rəsmi Kreml Ukrayna üzərindən qazın sövqiyyatının davam etməsi şərtini açıqladı.

TASS” (Rusiya xəbər agentliyi): Rusiya 2020-ci ilin sonuna qədər yeni növ çoxməqsədli minalar istehsal edəcək.

Le Figaro” (Fransa): Tətil Paris bölgəsində təxminən 500 km.-lik avtomobil tıxacı meydana gətirdi.

France 24” (Fransa): Livanda etirazçılarla polis arasında yeni qarşıdurmalar yaşandı.

France 24” (Fransa): Fransa insanlıq cinayətilə bağlı Buenos Aires tərəfindən axtarılan argentinalı polis məmurunu qaytaracaq.

Al Raya Al Katariya” (Qətər): İraqın baş naziri vəzifəsinə nümayişçilər beş ad təklif edir.    

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): Misir prezidenti Əbdülfəttah Sisi: “Liviyaya birbaşa müdaxilə edə bilərdik, amma buna yol vermədik”, - dedi.

Vatan” (Oman): İraqda əsas yollar bağlanır, digər tərəfdən hökumətiqurma işləri davam edir.



Әlaqәli Xәbәrlәr