Xarici mətbuat, 09 dekabr 2019
“Al Raya – Al Katariya”, “Alsharq Alawsat”, “Vatan”, “Bild.de”, “Spiegel.de”, “Deutsche Welle”, “İnfobae”, “La Vanguardia”, “RPP”, “Gazeta.ru”, “RBK”, “İzvestiya”, “France 24” və “Le Monde” bu gün nələrdən yazır?

“Al Raya – Al Katariya” (Qətər): Körfəz Zirvəsi dekabrın 10-da Səudiyyə Ərəbistanının paytaxtı Riyadda olacaq.
“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): İraqda 2626 nümayişçi azad edilir… Bağdad əməliyyatlar komandiri vəzifədən alınır.
“Vatan” (Oman): Suriyanın şərqində təşkil edilən hava hücumunda İran tərəfdarı 5 döyüşçü öldü.
“Bild.de”: Almaniya kansleri Angela Merkel dekabrın 9-da Rusiya prezidenti Vladimir Putinlə bir araya gəlir.
“Spiegel.de”: Rusiya olimpiadalardan məhrum edilə bilər.
“Deutsche Welle”: Dünyada silah istehsalı bütün sürətiylə davam edir. İsveçin paytaxtı Stokholmda olan Beynəlxalq Sülh İnstitutu (SİPRİ) dünyanın ən böyük 100 silah istehsalçısının 2018-ci ildə limiti aşdığını bildirib.
“İnfobae” (Argentina): Kolumbiyada İvan Duque hökumətinə qarşı yeni etiraz başladı.
“La Vanguardia” (İspaniya): Kataloniyanın Respublikaçı Sol Partiyasının (ERC) Yeni il öncəsi İspaniya Sosialist Fəhlə Partiyası (PSOE) ilə bir araya gəlməsi çox çətin məsələ kimi görünür.
“RPP” (Şili): Şili hökuməti təzyiqə qarşı edilən etiraz nümayişlərindən sonra polis islahatını açıqladı.
“Gazeta.ru”: Rəsmi Moskva Normandiya Dördlüyü zirvə toplantısında sərt bir duruş sərgiləyəcək.
“RBK”: Rusiya konstitusiyasının dəyişilməsini istəyən vətəndaş sayı 1,5 qat artdı. Rusiyalıların 68 faizi konstitusiyada dəyişikliklər edilməsini lazım bilir.
“İzvestiya”: Stoltenberq Rusiyanı “NATO-nun düşməni” kimi xarakterizə etmək fikrini qəbul etmir.
“France 24”: Təqaüd islahatı ilə bağlı tətil və hərəkatlar davam edir
“Le Monde”: Amerika Birləşmiş Ştatları hələ də dünyanın ən böyük silah istehsalçısıdır.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar