Xarici mətbuat, 3 dekabr 2019
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

“AZƏRTAC”(Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
“trend.az” (Azərbaycan): Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
“kaspi.az”(Azərbaycan): Sergey Lavrov: “Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləyib, qarşılıqlı siyasi əlaqələri möhkəmləndirib”.
“Alsharq Alawast” (Səudiyyə Ərəbistanı): İrandakı son nümayişlər 40 ildən bəridir ölkənin yaşadığı ən qanlı nümayişlərdir.
“Al-Raya Al-Katariya (Qətər)”: Türkiyə: Liviya ilə imzalanan razılaşma qanunidir.
“VATAN” (Omman):Suriyada mina partlaması nəticəsində 3 rus əsgəri yaralandı.
“DW”: Avropalı liderlər Ərdoğan ilə masaya oturur.
“Spigel Online”: İqlim dəyişikliyində geri dönüşü olmayan bir nöqtəyə doğru irəliləyirik.
“Focus Online”: Təkrarlanan sığınacaq müraciəti problemi. Almaniyada üçüncü dəfə sığınacaq müraciəti edən 4 min 916 nəfər var. Ən az beşinci dəfə sığınacaq üçün müraciət edən adam sayı isə 294-dür.
“Le Mond”: Paris bələdiyyə seçkilərində küçələrdəki zibillər seçki kampaniyalarının əsasını təşkil edir.
“Le Parisien: Təqaüd islahatına qarşı keçiriləcək 5 dekabr mitinqi, NATO zirvə yığıncağı…Prezident Aparatı üçün risklərin yüksək olduğu bir həftədir.
“Le Temps” (İsveçrə): Rəsmi Washington fransız məhsullarına yüksək vergi tətbiq etmək istəyir
“El Pais” (İspaniya): İspaniya Kralı VI Felipe: “Heç bir məhdudiyyət qlobal istiləşməyə qarşı qoruma təmin edə bilməz”.
“El Mundo” (İspaniya): Sançez hökuməti hədəflərini həyata keçirə bilmək üçün iki ayda 35 milyard avroluq qaynaq tapmaq məqcburiyyətindədir.
“Clarin” (Argentina): Braziliya dövlət başçısı Jair Bolsonaro alüminium və polad vergiləri üçün danışdı: “Trampın bizi başa düşəcəyinə və cəzalandırmayacağına ümid edirəm”
“TASS”: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yenilənməsinin qaçılmaz olduğunu söylədi.
“RIA Novosti”: Türkiyə Rusiyanın Su-35-lə əlaqədar təklifini tədqiq edir.
“Lenta.ru”: Rusiya prezidenti Putin rus proqramı yüklənməmiş ağıllı telefon və bilgisayar satışını qadağan edən qanun imzaladı.