Xarici mətbuat, 27 noyabr 2019
“Alsharq Alawsat”, “Al Raya – Al Katariya”, “Vatan”, “Le Monde”, “France 24”, “DW”, “Süddeutsche Zeitung”, “Tagesschau.de”, “El Comercio”, “İnfobae”, “La Tercera”, “Vesti”, “Kommersant” və “İzvestiya” bu gün nələrdən yazır?

“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): ABŞ insan haqqları pozulan iranlılara tətbiq olunan sanksiyaları davam etdirəcək.
“Al Raya – Al Katariya” (Qətər): Prezident Ərdoğan: ‘'Sülh çeşməsi‘' bəlli bir zamana bağlı deyil”.
“Vatan” (Küveyt): Bağdadda 3 partlayış 6 adamın ölümünə və 15 nəfərin yaralanmasına səbəb oldu.
“Le Monde” (Fransa): Malidə 13 Fransa əsgərinin ölümündən sonra Makron Saheldə hökumətinin sorğulanmasıyla qarşı-qarşıya qalıb.
“France 24” (Fransa): Hirsli əkinçilər Parisin yollarını iflic etmək istəyir.
“DW”: Maltada jurnalistin sui-qəsdinin istintaqı istefaya gətirib çıxardı.
“Süddeutsche Zeitung”: Drezdendəki muzey soyğunundan sonra saray gəlmək istəyənlərin üzünə açılıb.
“Tagesschau.de”: Almanlar ABŞ-la münasibətlərə pessimist tablo çəkir, Amerika vətəndaşları isə Almaniya ilə olan əlaqələrə optimist baxmaqda davam edir.
“El Comercio” (İspaniya): Çilidə 40 gün davam edən etirazlara yeni bir zorakılıq günü əlavə olundu.
“İnfobae” (Argentina): Bolivya 11 ildən sonra ABŞ-a səfir təyin etdi.
“La Tercera” (Çili): Kolumbiya prezidenti ilə görüşdən sonra da (27 noyabr) milli tətil çağırışı elan olundu.
“Vesti” (Rusiya): Türkiyə NATO-nun Rusiya əleyhinə hərəkətlərini yenə dəstəkləmədi.
“Kommersant” (Rusiya): Çin xarici işlər nazirliyi ABŞ-ın "eqoist siyasəti”nin Orta Şərqdə sabitliksizliyə gətirib çıxardığını bildirdi.
“İzvestiya” (Ruisya): Rusiya ilə Gürcüstan arasındakı uçuşlar 2020-ci ilin ilk yarısından yenidən başlayacaq.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar