Xarici mətbuat, 25 noyabr
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

“AZƏRTAC” (Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
“trend.az” (Azərbaycan): 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 46 milyard 705,8 milyon manat təşkil edib
“kaspi.az” (Azərbaycan): Azərbaycanın Rusiya ilə hazırkı əlaqələri özünün ən yüksək səviyyəsinə çatıb.
“Alsharq Alawast” (Səudiyyə Ərəbistanı): Onlarla insanın ölümündən sonra İraqda mülki nümayişlər artdı.
“Al-Raya Al-Katariya” (Qətər): Livan: ümumi tətilin bu gün keçirilməsi üçün çağırışlar edildi.
“VATAN” (Küvəyt): Nümayişlərin yenidən başlanması ilə İraqda onlarla ölən və yaralanan oldu.
“Deutsche Welle”: Honkoqda seçkilərdə rekord iştirakçı sayı. Çinə bağlı Honkoqda xalq bələdiyyə seçkiləri üçün səs verdi. Rekord səviyyədəki iştirakla keçirilən seçkilər muxtar idarənin lideri Lam üçün etimad səsinə çevrildi.
“Süddeutsche Zeitung”: Milyarder milyarderə qarşı. Nyu-Yorkun sabiq bələdiyyə sədri Mişel Blommberq ABŞ-da gələcək il keçiriləcək seçkilərdə namized olacağını açıqladı.
“Tagesschau.de”: Almaniya daha 5 min 500 qaçqın qəbul edə biləcəyini açıqladı.
“France 24”: Hökümət qadın ölümləri ilə əlaqəli zorakılıq hallarına artıq göz yuma bilməz
“Le Soir (Belçika): Hər dörd belçikalıdan biri iqlim dəyişikliyinin mənbəyinə şübhə ilə yanaşır
“Le Temps”: Honkoqda demokratiya tərəfdarlarının böyük qələbəsi
“El Pais” (İspaniya): İspan Sosialist İşçi Partiyası (PSOE) və digər solçu partiya Podemos koalisiyanın qurulmasına bir neçə addımlıq məsafədədir.
“El Mundo” (İspaniya): Rafeal Nadal mükəmməl sezon keçirdikdən sonra İspaniyanın “Davis” kubokunu qazanmasında öz gücünü göstərdi.
“Telesur” (Venesuela): Uruqvay seçki nəticələrinə görə Milli Partiya (PN) lideri Luis Lacalle Pou və rəqib solçu Geniş Cəbhə (FA) hərəkatı namizədi Martinez arasında az fərq var. Dəqiq nəticələr noyabrın 29-da elan ediləcək.
“Lenta.ru” xəbər saytı: Ukraynanın şərqində təktərəfli müstəqillik elan edən Donetsk Xalq Cümhuriyyətinin Gorlovka şəhərinin keçmiş icra hakimiyyəti başçısının Ukrayna casusu olduğu ortaya çıxdı.
“İzvestiya” qəzeti: Rusiya Federasiyasının üst qanadında krımlı senator Kerç boğazındakı hadisənin (Ukrayna gəmilərinin müsadirə edilməsi) Ukraynaya dərs olacağını söylədi.
“Nezavisimaya Gazeta: Belarus pulu qərbdə axtarır, hökumət xarici sərmayə qoyuluşu üçün hər hansı müəssisəni sata bilər.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar