Xarici mәtbuat: 20 noyabr 2019

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1309349
Xarici mәtbuat: 20 noyabr 2019

 

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

 

Azәrtac (Azәrbaycan): Ermәnistan silahlı qüvvәlәri atәşkәs rejimini 23 dәfә pozub.

Azәrtac (Azәrbaycan): Parisdә UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənə ilə qeyd edilib.

Kaspi.az (Azәrbaycan): Boliviyada toqquşmalar zamanı 3 nәfәr hәlak olub, 30 nәfәr yaralanıb.

 

Alsharq Alawsat (Sәudiyyә-İngiltәrә): Almaniya polisi hücum törәtmәyә hazırlaşan suriyalını saxlayıb.

Al-Raya Al-Katariya (Qәtәr): Ermәnistan prezidenti Qәtәrә sәfәr edir.

VATAN (Oman): Iraq hökumәti mәktәblәrin fәaliyyәtini dayandıranların terrorla mübarizә çәrçivәsindә mühakimә olunacaqlarını açıqlayıb.

 

Lenta.ru: BMT mәhkәmәsi Rusiyadan Ukraynanın bu ölkәyә qarşı qaldırdığı iddiaya cavab vermәsini tәlәb edib.

 RİA Novosti: Ukrayna  prezidenti Vladimir Zelenski ‘‘Normandiya Kvarteti’’ formatı çәrçivәsindә Parisdә keçirilmәsi planlaşdırılan  görüşlәrdә Donbasın yenidәn Ukraynanın nәzarәtinә keçmәsi mәsәlәsini müzakirә etmәk istәyir.

İnterfaks agentliyi: Estoniya Rusiyadan özünü qorumaq üçün NATO-ya başqa alternatif çıxış yolu tapmağı tәklif edib.

 

 

Le Parisien: Dәrnәklәrin mәlumatına әsasәn, Parisdә hәr axşam 700 uşaq ailәsi ilә birlikdә küçәlәrdә yatır.

Le Figaro: 2019-cu ildә Fransada sığınacaq üçün müraciәt edәnlәrin sayı 140.000 minә çatıb.

Le Monde : Fransada  nəqliyyat sistemini  inkişaf etdirməyi hədəfləyən nəqliyyat haqqında qanun parlament tərəfindən qəbul edilib.

 

DW: Türkiyәnin daxili işlә naziri Süleyman Soylu: ‘‘DEAŞ üzvü xarici terrorçular bu ilin sonunadәn ekstradisiya edilәcәklәr’’.

Nex24: Almaniyada ‘‘İlin hәkimi’’  Dilek Gürsoy  mükafatına layiq görülüb.

Süddeutsche Zeitung: Aİ bütcәsi ilә bağlı razılıq әldә olunub.

 

Infobae (Argentina):Boliviyada әsgәrlәr ilә nümayişçilәr arasında baş verәn qarşıdurma nәticәsindә azı üç nәfәr hәlak olub.

El Colombiano (Kolumbiya): Kolumbiya noyabrın 21-dә keçirilәcәk etiraz aksiyaları sәbәbindәn sәrhәd-keçid mәntәqәlәrini bağlayır.

El País (İspaniya): Nikaraqua prezidenti Orteqanın təzyiqi Nikaraqua kilsəsi ilə olan  münasibətləri  gərginləşdirir.



Әlaqәli Xәbәrlәr