Xarici mətbuat, 18 noyabr 2019

“Alsharq Alawsat”, “Al-Raya - Al-Katariya”, “Vatan”, “Bild.de”, “Deutsche Welle”, “Deutsche Welle”, “Le Parisien”, “Le Monde”, “Le Figaro”, “El Mundo”, “La Vanguardia”, “RİA novosti”, “Vesti” və “TASS” bu gün nələrdən yazır?

1308126
Xarici mətbuat, 18 noyabr 2019

 

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): İraqda ümumi tətil sürür... və fəallar qaçırılır.

Al-Raya - Al-Katariya” (Qətər): İsrailin hücumlarının Qəzzaya vurduğu zərər 31 milyon dollardır.

Vatan” (Oman): Tehran min nümayişçini nəzarətə aldı.

Bild.de”: Honq-Konq döyüş meydanına dönüb: polis maşınları yanır, molotof kokteylləri və daşlar havada uçur, hər yer gözyaşardıcı buludlarla doludur. Polisə qarşı barrikada quran Texniki Universitetin tələbələri "Ölməyə hazırıq" deyir.

Deutsche Welle”: Avropa İttifaqının 2020-ci il üçün Brüsseldə keçirilən büdcə görüşləri nəticə vermədi.

Deutsche Welle”: İranda benzin qiymətlərinin artırılmasına etirazlarda biri polis olmaqla iki adam ölüb. “Fars” xəbər agentliyi min adamın da nəzrətə alındığını bildirib.

Le Parisien”: Marsilya (Fransa) şəhərində törədilən “Kalaşnikov” avtomatlı hücumda bir adam ölüb, 5-i yaralanıb.

Le Monde”: Fön-Alpes (Rhône-Alpes) bölgəsində qarla bağlı 33.000 ev elektriksiz qaldı, bir ər-arvad qazdan zəhərlənərək öldü.

Le Figaro”: Seneqal Fransadan 3 patrul gəmisi və mərmilər aldı.

El Mundo”: Bolivyada böhran ayı davam edir: 23 nəfər ölüb, amma hələ heç bir uzlaşma yoxdur.

La Vanguardia”: Lleida Universitetinin Kataloniyada orta məktəb şagirdlərinə verdiyi anket və suallar mübahisələrə səbəb olub: "Hansı nöqtəyə qədər özünü ayrı olaraq görürsən?"

RİA novosti” xəbər agentliyi (Rusiya): Bundestaq millət vəkili Avropanın ABŞ-ın mayeləşdirilmiş qazına ehtiyacı olmadığını söylədi.

Vesti” qəzeti (Rusiya): Rusiya Kerç boğazında əl qoyduğu Ukrayna gəmilərini geri qaytarır.

TASS” xəbər agentliyi: Rusiya və Səudiyyə Ərəbistanı S-400-ün təhvil-təslim şərtləri barədə müzakirələr aparır.



Әlaqәli Xәbәrlәr