Xarici mətbuat, 13 noyabr 2019
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları

“AZƏRTAC” (Azərbaycan): “Şahdəniz”dən indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb
“trend.az” (Azərbaycan): Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
“kaspi.az” (Azərbaycan): Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinin müzakirələri davam etdiriləcək.
“Süddeutsche Zeitung”: “Almaniyada DEAŞ-a qarşı əməliyyatlarda 3 nəfər saxlanıldı”
“Frankfurter Allgemeine Zeitung”: “Avstriya beş avtomagistralında keçid ödənişinə son qoymağı planlaşdırır”
“AlJazeera.net”: “Ərdoğan Vaşinqtonda səfərdədir və Trampın “uyğunsuz” mesajına cavab verir”
“Al Quds Al Arabi”: “İsrailin Qəzzadakı bombardmanı nəticəsində şəhid olanların sayı 10-a çıxıb”
“Al Quds Al Arabi”: “Tramp ABŞ-da diktatorlarla görüş keçirməkdə hər hansı əngəl olmadığını söyləyir”
“El Mundo” (İspaniya): Müxalif senator Janin Anyes müvəqqəti prezident olaraq and içdi, Evo Morales bunu bir “çevriliş” kimi qiymətləndirdi.
“Infobae" (Argentina): ABŞ Janin Anyesi Boliviyanın müvəqqəti prezidenti kimi tanıdı.
“El Pais” (İspaniya): Evo Morales siyasi sığınacaq axtaran şəxs kimi Meksikaya çatdı.
“Le Figaro” (Fransa): Livan: Nümayişçilər Fransanın Beyrut Səfirliyinin qarşısında toplaşdılar.
“Le Mond” (Fransa): 13 noyabr hücumlarından 4 il sonra ciddi bir dəyişiklik prosesində olan təhdidlə qarşı-qarşıyadır.
“France 24” (Fransa): Əlcəzairdə prezident namizədi Abdelmadjid Tebboune Fransanı daxili siyasətə müdaxilə etməkdə ittiham etdi.
“TASS” Rusiyanın ABŞ Səfirliyi ABŞ Dövlət Katibliyinə kiber cinayətlərdə əli olduğu iddia edilən Aleksey Burkovun İsraildən ABŞ-a təhvil verilməsilə əlaqədar etiraz notası göndərdi.
“RİA Novosti”: Tramp Ərdoğana 100 milyard dollarlıq razılaşma təklif etdi- “The Washington Post”
“Kommersant: “Rusiya Federal Təhlükəsizlik Şurası yeni yaradılan birləşdirilmiş şəxsi məlumatlardan sızma təhlükəsi barədə xəbərdarlıq edib.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar