Xarici mətbuat, 8 noyabr 2019

“Al-Raya – Al-Katariya”, “Alsharq Alawsat”, “El País”, “La Tercera”, “El Universal”, “Le Monde”, “Le Parisien”, “Le Figaro”, “Deutsche Welle”, “Die Welt” qəzeti və “ZDF” televiziyası  bu gün nələrdən xəbər verir?

Xarici mətbuat, 8 noyabr 2019

 

Al-Raya – Al-Katariya” (Qətər): Amerikanın “Newsweek” jurnalı yazır: “Hökumət getsə belə, İraqda vətəndaş müharibəsi olmayacaq”. 

Al-Raya – Al-Katariya” (Qətər): Terror təşkilatı DAEŞ-in öldürülən başçısı əl-Bağdadinin qardaşı və həyat yoldaşı Türkiyə təhlükəsizlik qüvvələrinin əlindədir.

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): İraq hökumətinin Bağdaddakı nümayişləri idarəetmə səyləri çox adamın həyatını itirməsinə səbəb olur.

El País” (İspaniya): İspaniyada 10 noyabr erkən seçkisi üçün partiyalar qərarsız seçicilərlə üzbəüz mübarizədədir.

La Tercera” (Şili): Şilidəki mitinqlərdə hökumət küçələrin idarəsini ələ almaqda niyə bu qədər çətinlik çəkir?

El Universal” (Meksika): "Bücür" (el-Chapo) ləqəbli narkomaniya başçısının evləri satışa çıxarıldı.

Le Monde”: “Sarı jiletlilər”lə bağlı 2018-ci ilin noyabr və 2019-cu ilin iyun tarixləri arasında 3.000-dən çox adamın həbs qərarı çıxıb.

“Le Parisien”: Başıbağlı qadınları "Halloween” cadugərlərinə bənzədən Fransa senatoruna cəza verilmədi.

“Le Figaro”: Quantanamo: “İşgəncələr yenə Fransa məhkəməsinin gündəmindədir”, - dedi.

“Deutsche Welle”: Suriyadakı yeni təhlükə məhbus DAEŞ-lilərdir.

“Die Welt” qəzeti: Merkel Makrona “NATO təhlükəsizliyimizin təməlidir” deyə reaksiya verdi.

“ZDF” televiziyası: ABŞ-ın dövlət katibi Mayk Pompeo Almaniyada rəsmi səfərdədir.



Әlaqәli Xәbәrlәr